«Qəbələ»dən iki cavabsız qol
Xəbərlər / 17 Mart 2023 | 18:551441
«Qəbələ»dən iki cavabsız qol

“Qəbələ” – “Şamaxı” – 2:0

17 mart 2023. Saat 17:00. Qəbələ şəhər stadionu, 180 tamaşaçı

Baş hakim: Rəşad Əhmədov

Baş hakimin köməkçiləri: Kamran Bayramov, Rahil Ramazanov

Dördüncü hakim: Kamran Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Rəvan Həmzəzadə

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Sarı vərəqələr: Qurban Səfərov, 66 (qeyri-idman hərəkəti); Elvin Məmmədov, 76 (hakimin qərarına etiraz)

Qollar: Əyyub Allaş, 20; 45+1

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.  

 

Misli Premyer Liqasında III dövrəyə yekun vurulub. “Qəbələ” XXVII turun son oyun günündə meydana çıxıb. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda millilərin görüşləri ilə əlaqədar fasilə ərəfəsindəki son matçında “Şamaxı” ilə görüşüb. Qəbələ şəhər stadionundakı qarşılaşma “qırmızı-qaralar”ın hücumları ilə başlayıb. Qarşılaşmaya fəal başlayan komandamız oyunun taleyini ilk 45 dəqiqədə həll edib. Əyyub Allaş 19-cu dəqiqə hesabı açıb. Bu, legionerin “Qəbələ”də ilk qolu olub. “Qırmızı-qaralar” hesabı açdıqdan sonra fərqi artırmaq üçün bir neçə imkan əldə edib. Futbolçularımız buna yalnız fasilə ərəfəsində nail olub. Əyyub ilk hissəyə əlavə olunan dəqiqələrdə fərqi artırıb. Belçikalı yarımmüdafiəçi bununla da dublunu rəsmiləşdirib.

İkinci 45 dəqiqədə oyunun ssenarisi dəyişməyib. Topa daha çox nəzarət edən “Qəbələ” olub. Amma komandamız 3-cü qolu vurmaq imkanlarından yararlanmayıb. Qonaqların oyunda dönüş yaratmaq istəyinin qarşısını inamla alan futbolçularımız III dövrəni üç xalla başa vurub. Beləliklə, 2:0 hesabı ilə qalib gələn “Qəbələ” xallarının sayını 36-ya çatdırıb.

 

 

 “Qəbələ”

1. Səlahət Ağayev

27. Məqsəd İsayev

28. Murad Musayev (k)

14. Ülvi İsgəndərov

(10. Omar Hani, 72)

7. Rövlan Muradov

4. Ruan Renato

5. İsnik Alimi

23. Rafael Utziq

(91. Ramon Maçado, 34)

97. Felipe Santos

(17. Yaovi Akakpo, 86)

6. Feras Abu Akal

(8. Andrey Strijak, 86)

9. Əyyub Allaş

(11. Asif Məmmədov, 72)

Ehtiyat oyunçular:

 

36. Elməddin Sultanov

33. Hüseyn Mürsəlov

Baş məşqçi: Elmar Baxşıyev “Şamaxı”

1. Rəşad Əzizli

10. Elvin Məmmədov (k)

(22. Elçin Mustafayev, 70)

9. Amil Yunanov

(21. Qurban Səfərov, 55)

90. Əli Səmədov

(11. Kamran Quliyev, 36)

16. Fuad Bayramov

(27. İbrahim Aslanlı, 70)

70. Bahadur Həziyev

5. Rəhman Daşdəmirov

2. Rauf Hüseynli

83. Nihad Quliyev

(15. Emin Zamanov, 55)

18. Cəlal Hüseynov

80. Zahid Mərdanov

Ehtiyat oyunçular:

 

62. Abdulla Seydəhmədov

12. Əkpər Vəliyev

8. Kamal Mirzəyev

17. Elçin Rəhimli

4. Arsen Ağcabəyov

23. Rövşən Şahmuradov

29. Ramin Əhmədov

 

Baş məşqçi: Vüqar Əsgərli