“Qəbələ”dən iki cavabsız qol
Xəbərlər / 15 Yanvar 2024 | 16:011481
“Qəbələ”dən iki cavabsız qol

“Qəbələ” – “Araz-Naxçıvan” – 2:0

Əyyub Allaş, 14, Samuel Tetteh, 57

 

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” “Araz-Naxçıvan”la görüşüb.

Matç Qəbələ şəhər stadionunda baş tutub. Bu, Elmar Baxşıyevin baş məşqçisi olduğu komandanın qış fasiləsində ikinci sınağı olub. “Qəbələ” “Araz-Naxçıvan”la matçda iki cavabsız qolla qələbə qazanıb. İlk yarıda hesabı Əyyub Allaş açıb. Fasilədən sonra Samuel Tetteh fərqi iki topa çatdırıb – 2:0.

Qeyd edək ki, “Qəbələ” mövsümün ikinci yarısının ilk turunda “Sumqayıt”la görüşəcək. XIX turun Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşması yanvarın 23-də baş tutacaq.