“Qəbələ”dən iki cavabsız qol
Xəbərlər / 28 Fevral 2025 | 17:0267
“Qəbələ”dən iki cavabsız qol

“Qəbələ” – “Karvan” – 2:0

28 fevral 2025. Saat 15:00. Qəbələ şəhər stadionu. 200 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Tərlan Talıbzadə

Dördüncü hakim: Sənan Bayramzadə

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Sarı vərəqələr: Urfan İsmayılov, 69 (qeyri-idman hərəkəti); Nuğay Rəşidov, 88

(qeyri-idman hərəkəti); Domi Massumo, 88 (qeyri-idman hərəkəti) // İbrahim

Qədirzadə, 42 (qeyri-idman hərəkəti); Emil Qasımov, 45 (qeyri-idman hərəkəti); Əli

Abdullayev, 76 (qeyri-idman hərəkəti)

Qollar: Domi Massumo, 54; Abdullahi Şuaybu, 84

Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

 

“Qəbələ” növbəti oyununu keçirib.

 

“Qırmızı-qaralar” I Liqanın XVI turunda “Karvan”la qarşılaşıb. Qəbələ şəhər stadionundakı görüş yarışın liderlərinin dueli olub. Qarşılaşmanın ilk 45 dəqiqəsi qolsuz başa çatıb.

 

Fasilədən sonra Domi Massoumou qonaqların qapısına yol tapıb. Matçın sonlarında komandamız ikinci qolu vurub. Abdullahi Şuaybu fərqi iki topa çatdırıb – 2:0.

 

Beləliklə, 13-cü qələbəsini qazanan “Qəbələ” xallarının sayını 42-yə çatdırıb. “Qırmızı-qaralar”ın ən yaxın izləyiciləri ilə xal fərqi 12-yə yüksəlib.

 

Qeyd edək ki, “Qəbələ” XVII turda “Cəbrayıl”la qarşılaşacaq. Martın 7-də “ASCO Arena”da baş tutacaq görüş saat 13:00-da start götürəcək.

 

“Qəbələ”

1. Səlahət Ağayev

28. Murad Musayev (k)

8. Urfan İsmayılov

22. Fərid İsgəndərov

(6. Emil Süleymanov, 62)

97. Elşad Tağıyev

(19. Abdullahi Şuaybu, 71)

13. Nicat Əliyev

20. Oçe Oçoveçi

(11. Asif Məmmədov, 75)

74. Süleyman Damadayev

5. Samir Həsənov

(32. Elvin Yunuszadə, 71)

14. Domi Massumo

66. Nuğay Rəşidov

Ehtiyat oyunçular:

12. Müşfiq Nadirov

94. Həbib Hüşənov

9. Ruslan Voronsov

25. İbrahim Ramazanov

26. Elnur Mustafayev

21. Ziya Şəkərxanov

Baş məşqçi: Kaxaber Tsxadadze

 

“Karvan”

1. Kamran İbrahimov

77. Müşfiq Teymurov (k)

7. Bəhruz Teymurov

10. Rəhman Şabanov

(20. Roman Hüseynov, 46)

42. İbrahim Qədirzadə

97. Emil Qasımov

3. İzzət Müştaqov

8. Peter Kinqs

18. Elvin İsmayılov

17. Ezekiel Morqan

13. Əli Abdullayev

Ehtiyat oyunçular:

62. Məmməd Muradov

11. Maqsud Ələkbərov

4. Kənan Quliyev

22. Aref Mohammadalipur

21. Nika Çaçaşvili

9. İlham Hüseynov

66. Ceyhun Bağırzadə

 

Baş məşqçi: Kənan Kərimov