“Qəbələ”dən iki cavabsız qol
Xəbərlər / 28 Mart 2025 | 17:57904
“Qəbələ”dən iki cavabsız qol

“Qəbələ” – “Mingəçevir” – 2:0

Domi Massoumo, 32, Murad Musayev, 42

 

I Liqada XIX tur başa çatıb.

 

III dövrənin ilk turunun son matçı Qəbələdə keçirilib. Yarışın lideri olan “Qəbələ” “Mingəçevir”lə qarşılaşıb.

 

Görüş komandamızın üstünlüyü ilə keçib. Qəbələ şəhər stadionundakı matçın taleyi ilk yarının sonlarında həll olunub. Əvvəl Domi Massoumo, ardınca Murad Musayev qonaqların qapısına yol tapıb – 2:0.

 

Bununla da “Qəbələ” mövsümdə 15-ci qələbəsini qazanıb. Hesabında 49 xal olan Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda çempionatın lideridir.

 

Qeyd edək ki, “qırmızı-qaralar” XX turda “Baku Sporting”in qonağı olacaq. Aprelin 4-də Binə qəsəbə stadionunda baş tutacaq qarşılaşma 16:00-da start götürəcək.