“Şəfa” – “Qəbələ” – 0:2
Şahin Şahniyarov, 59, Meşak Uboçioma, 90+2
Misli Premyer Liqasında II dövrəyə start verilib.
“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk matçına səfərdə çıxıb. Komandamız XII turda “Şəfa”nın qonağı olub.
Görüş Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutub. Matçın taleyi ikinci hissədə həll olunub.
Fasilədən sonra Şahin Şahniyarov meydan sahiblərinin qapısına yol tapıb. Görüşün sonlarında Meşak Uboçioma komandamızın ikinci qoluna imza atıb. Bununla da “Qəbələ” 3 xalı iki cavabsız qolla qazanıb.
Qeyd edək ki, “qırmızı-qaralar” XIII turda “Şamaxı”nın qonağı olacaq. Noyabrın 29-da Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:30-da başlayacaq.