«Qəbələ»dən iki qələbə
Xəbərlər / 17 May 2021 | 20:33179
«Qəbələ»dən iki qələbə

“Qəbələ”nin U-19 və U-17 komandaları 2021-ci il mövsümünə start verib. Akademiyamızın təmsilçiləri AFFA tərəfindən təşkil olunan “Gənclər Kuboku” və “U-17 Kuboku”nda mübarizəyə başlayıb. Hər iki turnirin ilkin mərhələsindən azad olan “qırmızı-qaralar” yarışlara 1/4 finaldan start verib.

U-19 komandamız 1/4 finalın ilk oyununu evdə keçirib. “Keşlə”ni qəbul edən “Qəbələ” məhsuldar keçən görüşdə minimal fərqlə qələbə qazanıb – 3:2. Təmsilçimizin heyətində Rauf Məhərrəmov, Mehrac Baxşalı və Taleh Qarayev fərqlənib. Yarımfinalçının adına mayın 19-da baş tutacaq cavab görüşündə aydınlıq gələcək.

U-17 isə turnirə səfərdə start verib. “Sumqayıt”ın qonağı olan “Qəbələ” 2:1 hesabı ilə qalib gəlib. Elmir Hüseynli və İxtiyar Məmiyev meydan sahiblərinin qapısına yol tapıb. Komandalar arasında cavab görüşü sabah baş tutacaq.