“Qəbələ” Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi olub. “Qırmızı-qaralar” məğlub olmadığı kubok mövsümünün finalında “Neftçi” ilə görüşüb.
Elmar Baxşıyevin yetirmələri “Bakcell Arena”dakı matçda 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində ikinci Azərbaycan kubokudur.
“Qəbələ” 2018/19 mövsümündə də yarışın qalibi olub.
Ümumilikdə isə komandamız tarixində 3-cü titulu əldə edib. 2005/06 mövsümündə 1-ci divizionda çempion olan Qəbələ təmsilçisi kubokun ikiqat qalibidir.