«Qəbələ»dən ikinci medal - Rafael Avropa Oyunlarının qızılına yiyələndi
Xəbərlər / 13 İyun 2015 | 14:55156
«Qəbələ»dən ikinci medal - Rafael Avropa Oyunlarının qızılına yiyələndi

“Qəbələ” İdman Klubu Bakıda keçirilən Avropa Oyunlarında ilk qızıl medalını qazanıb. Bu uğura karateçimiz Rafael Ağayev imza atıb. O, Bakı kristal Zalında keçirilən yarışda hamıdan güclü olaraq, qızıl medallara sahib olub.
75 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Avropa Oyunlarının çempionu titulunu qazanıb. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinə 3:0 hesabı ilə qalib gəlsə də, ardınca Erman Eltemura (Türkiyə) məğlub olub - 3:5. Latviyanı təmsil edən Ruslan Sadıqovu 3:1 hesabı ilə məğlub edən karateçimiz yarımfinala vəsiqə qazanıb. Burada almaniyalı Noa Bitşə 1:0 hesabı ilə qalib gələn Ağayev finala yüksəlib. O, qızıl medal uğrunda döyüşdə italiyalı Luici Busa qalib gəlib – 1:0.
Mükafatlandırma mərasimində Ağayevə qızıl medalı Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib.
Qeyd edək ki, Ağayevə qədər digər karateçimiz Niyazi Əliyev 67 kq çəki dərəcəsində bürünc medal qazanmışdı.