«Qəbələ»dən ikinci qələbə
Xəbərlər / 19 İyul 2023 | 20:551832
«Qəbələ»dən ikinci qələbə

“Qəbələ” - "Qostivar" (Şimali Makedoniya) – 3:1

Əyyub Allaş, Osama Xalayla (2)

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” üçüncü yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Boludakı hazırlıq prosesi çərçivəsindəki son görüşündə Şimali Makedoniya təmsilçisi “Qostivar”la üz-üzə gəlib. Matç komandamızın məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutub.

Baş məşqçi Elmar Baxşıyev aşağıdakı start heyətinə şans verib: Kristof Atanqana, İlkin Qırtımov, Murad Musayev, Urfan Abbasov, Lukas Afriko, Gilad Abramov, Bilel Auaşeriya, Emil Səfərov, Ahmed Ayzaya, Ülvi İsgəndərov, Osama Xalayla.

Oyun komandamızın üstünlüyü ilə keçib. Futbolçularımız hesabı ilk yarının sonlarında açıb. Öncə meydana sonradan daxil olan Əyyub Allaş fərqlənib. Fasilə ərəfəsində Osama Xalayla qol sevinci yaşayıb.

İlk yarıda olduğu kimi ikinci 45 dəqiqədə də hər iki tərəfin heyətində dəyişikliklər olub. Komandamızın yeni legioneri ikinci hissənin əvvəlində dublunu rəsmiləşdirib. Balkanlılar bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Beləliklə, Boluda ikinci qələbəsini qazanan “Qəbələ” toplanışı 2 qalibiyyət və 1 heç-heçə ilə başa vurub.

Xatırladaq ki, Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşıb.