“Qəbələ”dən ilin ilk transferi
Xəbərlər / 5 Yanvar 2026 | 20:4111608
“Qəbələ”dən ilin ilk transferi

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb. 

 

Seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalanıb. 

 

Onun son klubu “Panevejis” (Litva) olub.  Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının şərəfini qoruyub.

 

Qeyd edək ki, Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.