“Qəbələ” – “Altın Asır” (Türkmənistan) – 3:3
Cavid Hüseynov, 40-p., Ruslan Fomin, 54, 63
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün toplanış çərçivəsində 7-ci yoxlama oyununu keçirib. Komandamız Türkmənistanın yüksək liqasında çıxış edən “Altın Asır” klubu ilə qarşılaşıb. “Qəbələ” qonşu ölkədəki toplanış çərçivəsində baş tutan son matçına aşağıdakı heyətlə çıxıb:
22. Dmitri Bezotosnı (30. Anar Nəzirov)
7. Ruslan Əmircanov (90. Ekiqo Ehiosun)
44. Rafael Santos
15. Ruslan Abışov
16. Ruslan Tağızadə (34. Ürfan Abbasov)
4. Elvin Camalov
19. Aleksey Qay
14. Cavid Hüseynov
32. Mixail Sivakov (9. Viktor Mendi)
27. Bəxtiyar Soltanov
18. Ruslan Fomin
Ehtiyat oyunçular:
1. Kamran Ağayev
5. Sadiq Quliyev
25. Adrian Ropotan
6. Rəşad Sadiqov
12. Aleksandru Benqa
17. Qismət Əliyev
99. Tellur Mütəllimov
23. Emin Zamanov
87. Bəhlul Mustafazadə
13. Murad Musayev
Görüş qarşılıqlı hücumlarla başlasa da, oyunun ilk yarısında “Altın Asır” böyük üstünlük qazana bilib. Türkmənistan çempionu 27 və 35-ci dəqiqələrdə vurduğu qollarla 2:0 hesabı ilə önə keçib. İkinci qoldan sonra “Qəbələ” fərqi minimuma endirə bilib. Asiyalıların qapısına təyin olunan penaltini Cavid Hüseynov dəqiq yerinə yetirə bilib. Bundan sonra irəli atılıb, fasiləyədək hesabda tarazlıq yaratmaq istəyən “qırmızı-qaralar” topu öz qapısında görüb. “Altın Asır” futbolçuları 43-cü dəqiqədə fərqi yenidən ikiyə çatdırıb. İkinci hissəyə daha fəal başlayan komandamız qısa müddətdə hesabı bərabərləşdirməyə müvəffəq olub. Ukraynalı Ruslan Fomin 10 dəqiqə ərzində iki dəfə rəqib qapısına yol tapıb. Hücumçumuz əvvəl 54-cü, sonra 63-cü dəqiqədə fərqlənməyə nail olub. Bundan sonra komandaların səylərinə baxmayaraq, hesab dəyişməyib – 3:3. Beləliklə, toplanışa qolsuz heç-heçə ilə başlayan “Qəbələ” Antalya hazırlıqlarını məhsuldar bərabərliklə başa vurub.
Qeyd edək ki, bu il Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə “Əskişəhərspor”una 1:3, Rusiya “Kuban”ına 0:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2, “Haladaş” (Macarıstan) 2:0 hesabı ilə məğlub edib.