“Zirə” – “Qəbələ” – 2:2
5 fevral 2023. Saat 16:00. Zirə İdman Kompleksinin stadionu, 300 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Teymur Teymurov
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Hacıağa Hacılı, 10 (qeyri-idman hərəkəti); Dmitrios Çantakias, 33 (qeyri-idman hərəkəti) // Urfan Abbasov, 21 (qeyri-idman hərəkəti); Feras Abu Akal, 33 (qeyri-idman hərəkəti); Emil Səfərov, 46 (qeyri-idman hərəkəti); Omar Hani, 90+4 (qeyri-idman hərəkəti)
Qollar: Dmitrios Çantakias, 15; Loris Broqno, 57 // Rafael Utziq, 3; Felipe Santos, 78
Qolla nəticələnməyən penalti: Rəhim Sadıxov, 23
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.
Misli Premyer Liqasında XXI turun ikinci gününə start verilib. Günün ilk matçı Zirədə baş tutub. “Qəbələ” qəsəbənin eyniadlı klubu ilə qarşılaşıb.
“Qırmızı-qaralar”ın start heyətində ötən turla müqayisədə dörd dəyişiklik olub. Elmar Baxşıyev ilk dəqiqələrdən Emil Səfərov, Rafael Utziq, Felipe Santos və Omar Haniyə şans verib. Onlar start “11-liy”ində Asif Məmmədov, Murad Musayev, Ülvi İsgəndərov və Ruan Renatonu əvəzləyib.
Görüş erkən qollarla başlayıb. Komandamız artıq üçüncü dəqiqədə hesabı açıb. Rövlan Muradovun uzaq zərbəsini qapıçı dəf etsə də, topa hamıdan tez çatan Rafael Utziq bu imkanı qaçırmayıb – 1:0. Buraxılan qoldan sonra irəli atılan meydan sahibləri 12 dəqiqə sonra hesaba tarazlıq gətirə bilib. Komandalar fasiləyədək yenə fərqlənmək imkanları qazanıb. Rafael Utziq yaxın məsafədən zərbə endirməsinə rəqib müdafiəçilər imkan verməyib. Rəhim Sadıxovun penaltisi və təkrar zərbəni isə Səlahət Ağayev qaytarıb.
İkinci hissəyə meydan sahibləri fəal başlayıb. Ardıcıl hücumlardan biri paytaxt təmsilçisinin hesabda irəli çıxması ilə nəticələnib. Fərqin böyüməsinə isə müdafiə xətti və qapıçı imkan verməyib. Elmar Baxşıyev əvəzetmələrlə oyunun axarını dəyişməyə müvəffəq olub. Meydana daxil olan futbolçular sayəsində hücumların kəsəri artıb. Ülvi İsgəndərovun ötürməsindən sonra Omar Hani əlverişli mövqedən dəqiq oynamayıb. Az sonra Ülvi Felipe Santosu qapıçı ilə üz-üzə çıxarıb. Braziliyalı bu şansı qaçırmayıb – 2:2. Hesab bərabərləşdikdən sonra rəqiblər hücumlar qurub. Uzatma dəqiqələrində azarkeşlər açıq futbol izləyiblər. Lakin hesabdakı tarazlıq pozulmayıb. Beləliklə, “Qəbələ” Bakı səfərindən məhsuldar heç-heçə ilə ayrılıb.
“Zirə”
1. Mehdi Cənnətov
91. Coşqun Diniyev
(8. İlkin Muradov, 90+1)
10. Rəhim Sadıxov
(70. İssa Cibrila, 76)
32. Qismət Alıyev (k)
2. Sertan Taşkın
21. Hacıağa Hacılı
(47. Mohamed Hamdaui, 46)
9. Loris Broqno
(17. Toni Qomes, 76)
23. Andriya Lukoviç
14. Hamidu Keyta
44. Dmitrios Çantakias
5. Moiz Adileu
Ehtiyat oyunçular:
41. Anar Nəzirov
22. Nail Alışov
18. Slavik Alxasov
11. Rüstəm Əhmədzadə
13. Ramin Əhmədov
20. Cavad Qurbanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”
1. Səlahət Ağayev
2. İlkin Qırtımov
34. Urfan Abbasov (k)
27. Məqsəd İsayev
(33. Hüseyn Mürsəlov, 75)
7. Rövlan Muradov
77. Emil Səfərov
(91. Ramon Maçado, 65)
5. İsnik Alimi
(11. Asif Məmmədov, 68)
23. Rafael Utziq
(14. Ülvi İsgəndərov, 65)
97. Felipe Santos
6. Feras Abu Akal
10. Omar Hani
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
88. Gülağa Əsədov
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
16. Nicat Əliyev
17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev