“Səbail” – “Qəbələ” – 2:2
24 fevral 2023. Saat 19:00. “ASCO Arena”, 120 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Kamran Bayramov
Dördüncü hakim: Tural Qurbanov
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sarı vərəqələr: Elmir Tağıyev, 89 (qeyri-idman hərəkəti) // Ruan Renato, 53 (qeyri-idman hərəkəti)
Qollar: Mirabdulla Abbasov, 51; Matiya Lyuyiç, 55 // Qustavo de Fransa, 20 (ö.q.); Ramon Maçado, 70
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
Misli Premyer Liqasında XXIV tura start verilib. “Qəbələ” ilk oyun günündə səfər matçına çıxıb. “Qırmızı-qaralar” Bakıda “Səbail”lə qarşılaşıb.
Görüşün ilk 45 dəqiqəsi əsasən qarşılıqlı hücumlarla yadda qalıb. Topa daha çox nəzarət edən “Qəbələ”nin həmlələri daha təhlükəli olub. Bir neçə real qol vəziyyəti yaradan komandamız 20-ci dəqiqədə hesabı açıb. İlkin Qırtımovun qapı önünə ötürməsindən sonra rəqibə çarpan top meydan sahiblərini məyus edib. Fasiləyədək “qırmızı-qaralar” fərqi artırmaq imkanları yaratsa da, yararlana bilməyib. İlk hissənin sonlarında Felipe Santos əlverişli vəziyyəti qaçırıb.
İkinci 45 dəqiqə daha məhsuldar keçib. Fasilədən dərhal sonra Felipe daha bir real imkanı boşa verib. Bakılılar isə qısa müddət ərzində iki dəfə fərqlənərək hesabı xeyrinə dəyişib. Bundan sonra hücumlarını daha da artıran “Qəbələ” bir neçə dəfə fərqlənməyə yaxın olub. Bu epizodların birində Ramon Maçado hesabı bərabərləşdirib. O, Felipe Santosun ötürməsini qola çevirib – 2:2. Hesab bərabərləşdikdən sonra qələbə qolu üçün irəli atılan “qırmızı-qaralar”ın hücumları bəhrəsini verməyib. Beləliklə, “Qəbələ” paytaxt səfərindən məhsuldar heç-heçə ilə ayrılıb.
“Səbail”
1. Emil Balayev (k)
9. Mirabdulla Abbasov
(10. Ağabala Ramazanov, 74)
2. Adil Nağıyev
96. İlkin Muradov
6. Cabir Əmirli
22. Samir Abdullayev
(17. Rafael Məhərrəmli, 74)
99. David Qomis
(3. Turan Manafov, 90+2)
88. Matiya Lyuyiç
(8. Elmir Tağıyev, 85)
5. Petro Stasyuk
23. Qustavo de Fransa
4. Maksim Çex
Ehtiyat oyunçular:
12. Hüseynəli Quliyev
14. Rahid Əmirquliyev
15. Vüqar Həsənov
55. Nihad Qurbanlı
77. Ədilxan Qarəhmədov
27. Emil Martinov
30. Franko Mazurek
21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev
“Qəbələ”
1. Səlahət Ağayev
11. Asif Məmmədov (k)
2. İlkin Qırtımov
27. Məqsəd İsayev
28. Murad Musayev
14. Ülvi İsgəndərov
(10. Omar Hani, 85)
77. Emil Səfərov
91. Ramon Maçado
4. Ruan Renato
23. Rafael Utziq
(9. Əyyub Allaş, 71)
97. Felipe Santos
(7. Rövlan Muradov, 71)
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
34. Urfan Abbasov
33. Hüseyn Mürsəlov
17. Yaovi Akakpo
8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev