«Qəbələ»dən məhsuldar sülh
Xəbərlər / 12 Yanvar 2023 | 17:491661
«Qəbələ»dən məhsuldar sülh

 “Qəbələ” – “Sepsi” (Rumıniya) – 2:2

Ülvi İsgəndərov, 7, İsnik Alimi, 63 (pen.)

Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirib. Mövsümün ikinci yarısının hazırlığına yanvarın 4-də start verən “qırmızı-qaralar” Rumıniyanın “Sepsi” klubu ilə qarşılaşıb.

Baş məşqçi Elmar Baxşıyev bu görüşdə aşağıdakı start heyətinə şans verib: Səlahət Ağayev, Urfan Abbasov, Məqsəd İsayev, Murad Musayev, Feras Abu Akal, İsnik Alimi, Asif Məmmədov, İlkin Qırtımov, Rövlan Muradov, Ülvi İsgəndərov, Emil Səfərov.

Qarşılaşma erkən qolla başlayıb. Ülvi İsgəndərov 7-ci dəqiqədə rumıniyalıların qapısına yol tapıb. Fasiləyədək komandamız fərqi artırmaq imkanları qazansa da, hesab dəyişməz qalıb. Birinci hissədən sonra hər iki komandanın heyətində dəyişikliklər olub. İkinci hissənin əvvəlində “Sepsi” bərbərlik qolunu vurub. Buraxılan topdan sonra da hücumlarını davam etdirən “Qəbələ” hissənin ortalarında yenidən fərqlənib. İsnik Alimi penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin Rumıniya klubu da qazandığı 11 metrlik cərimə zərbəsindən yararlanıb. Beləliklə, “Qəbələ” 2023-cü ilin ilk oyunundan məhsuldar heç-heçə ilə ayrılıb – 2:2.

Xatırladaq ki, Antalyada daha iki yoxlama matçına çıxacaq “Qəbələ” yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.