“Kəpəz” – “Qəbələ” – 2:2
24 yanvar 2023. Saat 14:00. Gəncə şəhər stadionu, 450 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Şirmamed Mamedov
Dördüncü hakim: Rövşən Rəcəbov
VAR: Rauf Allahverdiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: İdris İnqilablı, 12 (qeyri-idman hərəkəti) // Feras Abu Akal, 10 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 17 (qeyri-idman hərəkəti); Felipe Santos, 80 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rasim Ramaldanov, oyundan sonra (hakimin qərarına etiraz)
Qollar: Ahmed Ayzaya, 18 (p.); Martins Junior, 42 (p.) // Ruan Renato, 63; Ülvi İsgəndərov, 79
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 6 dəq.
Bu gün Misli Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. XIX turun ilk oyun günündə bir matç baş tutub. Günün yeganə qarşılaşması Gəncədə keçirilib.
2023-cü ildə ilk rəsmi görüşünə çıxan “Qəbələ” “Kəpəz”in qonağı olub. Qarşılaşmaya daha fəal başlayan meydan sahibləri fasiləyədək iki qol vurub. Gəncə təmsilçisi penalti zərbələrini dəqiq yerinə yetirib.
İkinci 45 dəqiqədə matçın ssenarisi dəyişib. Təşəbbüsü tamamilə ələ alan “qırmızı-qaralar” böyük üstünlüyə malik olub. Ardıcıl hücumlar 63-cü dəqiqədə bəhrəsini verib. Künc bayrağının yaxınlığından ötürməni Ruan Renato başla qapayıb. Bu, braziliyalının mövsümdə ilk qolu olub. Fərqi minimuma endirdikdən sonra da hücumlarını davam etdirən “Qəbələ” görüşün sonlarında daha bir qol vurub. Oyuna sonradan daxil olan Ülvi İsgəndərov hesaba tarazlıq gətirib – 2:2. “Qırmızı-qaralar” qələbə topunu vurmağa çalışsa da, rəqib qapısına dəqiq zərbə vurmaq mümkün olmayıb. Beləliklə, komandamız mövsümün ikinci yarısına məhsuldar heç-heçə ilə başlayıb.
“Kəpəz”
71. Mario Mustapiç
74. Yusif Nəbiyev (k)
70. Nicat Süleymanov
(27. Samir Məhərrəmli, 66)
77. Fərid Nəbiyev
(10. Salif Sisse, 85)
2. Zamiq Əliyev
5. İdris İnqilablı
3. Abdulla Rzayev
20. Mahir Həsənov
40. Ahmed Ayzaya
21. Martins Junior
19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular:
68. Orxan Sadıqlı
8. Tural Axundov
80. Tural Rzayev
37. Ruslan Süleymanov
97. Nicat Məmmədov
44. Nihat Fərəci
66. Arzu Atakişiyev
Baş məşqçi: Tərlan Əhmədov
“Qəbələ”
1. Səlahət Ağayev
2. İlkin Qırtımov
34. Urfan Abbasov (k)
27. Məqsəd İsayev
77. Emil Səfərov
(7. Rövlan Muradov, 56)
91. Ramon Maçado
(14. Ülvi İsgəndərov, 45+2)
4. Ruan Renato
5. İsnik Alimi
97. Felipe Santos
6. Feras Abu Akal
10. Omar Hani
(23. Rafael Utziq, 56)
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
11. Asif Məmmədov
28. Murad Musayev
88. Gülağa Əsədov
18. Mehrac Baxşalı
16. Nicat Əliyev
17. Yaovi Akakpo
8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev