“Qəbələ” – “Sumqayıt” – 1:0
25 fevral 2021. Saat 15:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Nahid Əliyev
Dördüncü hakim: Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sarı vərəqələr: Stefan Vukçeviç, 29 (qeyri-idman hərəkəti); Merab Qiqauri, 60 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 65 (qeyri-idman hərəkəti); Anar Nəzirov, 89 (oyunun bərpasının ləngidilməsi); Cavid Hüseynov, 90 (hakimin qərarına etiraz); Rafael Utriq, 90+2 (qeyri-idman hərəkəti) // Xəyal Nəcəfov, 9 (qeyri-idman hərəkəti); Camaləddin Xocaniyazov, 60 (qeyri-idman hərəkəti); Rüfət Abdullazadə, 79 (qeyri-idman hərəkəti)
Qol: Ceyms Adeniyi, 51
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.
Azərbaycan Premyer Liqasında XVII tura start verilib. Turun ilk matçı Qəbələ şəhər stadionunda təşkil olunub. Çempionatdakı son iki ev oyunundan xalsız ayrılmayan “Qəbələ” “Sumqayıt”ı qəbul edib. Qarşılaşmadan öncə Xocalı soyqırımının qurbanları və qonaqların bir neçə gün öncə vəfat edən vitse-prezidenti Vaqif Ömərovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Qırmızı-qaralar” görüşə ötən turun “Neftçi” ilə görüşdəki “11-lik”lə başlayıb. Cəzalı durumda olan baş məşqçi Elmar Baxşıyevin yoxluğunda komandaya texniki zonada Xaqani Məmmədov rəhbərlik edib.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda fərqlənmək üçün bir neçə təhlükəli vəziyyət yaradıb. Rəqibi ilə arasındakı xal fərqini aradan qaldırmaq niyyətində olan “qırmızı-qaralar” əldə olunan imkanlardan yararlana bilməyib. Qonaqların hücumlarının qarşısını “Qəbələ”nin müdafiəçilərinin inamlı oyunu alıb.
Fasilədən sonra fəallığı artıran komandamız ardıcıl hücumlar təşkil edib. İkinci hissənin əvvəlində üstünlüyə yiyələnən “qırmızı-qaralar” istəyinə çatıb. 51-ci dəqiqədə Ceyms Adeniyi sumqayıtlıları məyus edib. Komandamız Premyer Liqadakı ardıcıl 7-ci ev oyununda da qol sevinci yaşayıb. Bu, nigeriyalının “Qəbələ”də 16-cı, Premyer Liqada 12-ci qolu olub. Buraxılan qoldan sonra “Sumqayıt” hesabda tarazlıq yaratmağa çalışsa da, futbolçularımız təşəbbüsün rəqibə keçməsinə imkan verməyib. Rəqibin hücumlarına təhlükəli həmlələrlə cavab verən “qırmızı-qaralar” fərqi artırmaq üçün əlverişli imkanları qaçırıb.
Beləliklə, 1:0 hesablı qələbə qazanan “Qəbələ” aktivindəki xalları 21-ə çatdırıb.
“Qəbələ”
1. Anar Nəzirov (k)
11. Asif Məmmədov
(14. Cavid Hüseynov, 85)
28. Murad Musayev
9. Ehtiram Şahverdiyev
99. Ceyms Adeniyi
(70. Ülvi İsgəndərov, 87)
77. Merab Qiqauri
32. Nikolas Raysel
13. Yurgen Qoxa
26. Stefan Vukçeviç
23. Rafael Utriq
71. Rüfət Əhmədov
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
74. Yusif Nəbiyev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
2. Vinko Medimoreç
10. Rövlan Muradov
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Məşqçi: Xaqani Məmmədov
“Sumqayıt”
1. Mehdi Cənnətov
97. Xəyal Nəcəfov
(22. Cavid İmamverdiyev, 82)
14. Elvin Bədəlov
6. Vüqar Mustafayev (k)
78. Dmitro Nağıyev
11. Mehdi Şərifi
(60. Elvin Məmmədov, 75)
5. Camaləddin Xocaniyazov
9. Əli Qurbani
4. Höccət Haqverdi
17. Murad Xaçayev
18. Süleyman Əhmədov
(20. Rüfət Abdullazadə, 59)
Ehtiyat oyunçular:
13. Aydın Bayramov
33. Eltun Turabov
30. Nəbi Məmmədov
8. Səbuhi Abdullazadə
65. Sənan Ağayev
37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov