“Qəbələ”dən mövsümün ilk transferi
Xəbərlər / 29 İyun 2026 | 17:1652
“Qəbələ”dən mövsümün ilk transferi

“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.

 

Komandamız kot-d`ivuarlı sol cinah müdafiəçisi Kouya Mabena ilə 1+1 illik müqavilə bağlayıb. 

 

27 yaşlı futbolçu son olaraq Maltanın “Floriana” klubunda çıxış edib. 

 

O, buna qədər “Vesterlo” (Belçika), “UTA Arad” (Rumıniya), “Hapoel Hadera”, “Hapoel Rişon LeZion” (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.