«Qəbələ»dən qələbə
Xəbərlər / 5 Noyabr 2022 | 17:021414
«Qəbələ»dən qələbə

“Qəbələ” – “Zirə” – 1:0

5 noyabr 2022. Saat 15:00. Qəbələ şəhər stadionu, 24 tamaşaçı

Baş hakim: Rauf Cabarov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Eyyub İbrahimov

Dördüncü hakim: Nicat İsmayıllı

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Sarı vərəqələr: Felipe Santos, 4 (qeyri-idman hərəkəti); Emil Səfərov, 14 (hakimin qərarına etiraz); Feras Abu Akal, 86 (oyun qaydalarının sistematik şəkildə pozulması); Hüseyn Mürsəlov, 90+4 (qeyri-idman hərəkəti) // Təmkin Xəlilzadə, 34 (qeyri-idman hərəkəti); Filipe Paxtman, 88 (qeyri-idman hərəkəti)

Qol: Ülvi İsgəndərov, 90+3

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

 

Misli Premyer Liqasında XIII turun ikinci oyun gününə start verilib. “Qəbələ” öz meydanında “Zirə” ilə qarşılaşıb. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionundakı görüşə ötən turla müqayisədə iki dəyişikliklə çıxıb. Emil Səfərovla Ramon Maçado start heyətində yer alıb. Onlar Asif Məmmədov və Rafael Utziqi əvəzləyib.

Qarşılaşmaya fəal başlayan “Qəbələ” üstünlüyü ələ alıb. Amma daha çox hücum quran “qırmızı-qaralar” rəqib qapısına yol tapa bilməyib. Matçın əvvəlində rəqib qapıçının səhvindən sonra topa yiyələnin Ramon Maçado bu imkandan yararlana bilməyib. Daha bir epizodu Rövlan Muradov qaçırıb. O, təkbətək çıxdığı vəziyyətdə qol vura bilməyib. Qonaqların hücumlarını isə etibarlılıq nümayiş etdirən müdafiə xətti alıb.

İkinci hissədə də oyunun axarı dəyişməyib. Daha çox hücum quran “qırmızı-qaralar” imkanları boşa verib. Murad Musayevin zərbəsindən sonra top dirəyə tuş gəlib. Rövlan Muradov və bir neçə dəfə Ramon Maçado hesabı açmağa yaxın olsa da, rəqib qapısına yol tapa bilməyib. “Zirə”nin hücumlarının qarşısını alan müdafiəçilər Səlahət Ağayevin yalnız bir neçə dəfə oyuna daxil olmasına imkan verib. “Qırmızı-qaralar” qarşılaşmanın sonunda istəyinə çatıb. Sonradan oyuna daxil olan Ülvi İsgəndərov uzatma dəqiqələrində qonaqların qapısına yol tapıb. O, meydanın mərkəzindən dəqiq zərbə ilə fərqlənib. Beləliklə, Qəbələ şəhər stadionundakı görüşdə 1:0 hesablı qələbə qazanıb.

 

 “Qəbələ”

1. Səlahət Ağayev

2. İlkin Qırtımov

27. Məqsəd İsayev

28. Murad Musayev (k)

7. Rövlan Muradov

77. Emil Səfərov

(14. Ülvi İsgəndərov, 81)

91. Ramon Maçado

4. Ruan Renato

5. İsnik Alimi

97. Felipe Santos

(10. Omar Hani, 65)

6. Feras Abu Akal

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

11. Asif Məmmədov

34. Urfan Abbasov

33. Hüseyn Mürsəlov

88. Gülağa Əsədov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Zirə”

1. Mehdi Cənnətov

19. Təmkin Xəlilzadə

(18. Slavik Alxasov, 46)

91. Coşqun Diniyev

(47. Mohamed Hamdaui, 70)

8. İlkin Muradov

10. Rəhim Sadıxov

32. Qismət Alıyev (k)

21. Hacıağa Hacılı

11. Rüstəm Əhmədzadə

(2. Sertan Taşkın, 77)

14. Hamidu Keyta

(7. Filipe Paxtman, 77)

5. Moiz Adileu

26. Nemanya Andelkoviç

(44. Dmitrios Çantakias, 46)

 

Ehtiyat oyunçular:

 

41. Anar Nəzirov

22. Nail Alışov

15. Ruslan Abışov

77. Mirsayib Abbasov

13. Ramin Əhmədov

9. Loris Broqno

17. Toni Qomes

 

Baş məşqçi: Rəşad Sadıqov