«Qəbələ»dən qollu heç-heçə
Xəbərlər / 21 Sentyabr 2019 | 22:32230
«Qəbələ»dən qollu heç-heçə

“Səbail” – “Qəbələ” – 1:1

21 sentyabr 2019. Saat 19:45. “ASCO Arena”, 500 tamaşaçı 

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Zeynal Zeynalov

Dördüncü hakim: Kamal Umudlu

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Sarı vərəqələr: Şəhriyar Rəhimov, 58 (qeyri-idman hərəkəti); Mirabdulla Abbasov, 89 (qeyri-idman hərəkəti) // Fernan Lopez, 45+2 (hakimin qərarına etiraz); İviça Zuniç, 56 (qeyri-idman hərəkəti); Merab Qiqauri, 64 (qeyri-idman hərəkəti); Roman Hüseynov, 71 (hakimin qərarına etiraz); Faiq Hacıyev, 88 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 90+2 (qeyri-idman hərəkəti)

Qollar: Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17

Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.

 

Bu gün Azərbaycan Premyer Liqasında V tura start verilib. “Qəbələ” ardıcıl ikinci səfər matçına çıxıb. Ötən turda “Sabah”ı 1:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” bu dəfə Bakının digər klubu “Səbail”in qonağı olub. Elmar Baxşıyevin yetirmələri “ASCO Arena”dakı qarşılaşmaya ikinci qələbə istəyi ilə çıxıblar.

Çalışdırıcımız komandanın start heyətində ötən turla müqayisədə bir dəyişiklik edib. Rövlan Muradov ilk “11-lik”də yer alıb. O, Klesio Baukun yerinə start heyətə daxil edilib.

Görüş qarşılıqlı hücumlarla başlayıb.  Matçın ilk 45 dəqiqəsi real qol vəziyyətləri ilə zəngin olmayıb. 11-ci dəqiqədə Roman Hüseynovun cərimə meydanı xaricindən qapı istiqamətində endirdiyi zərbə qüvvətli və yaddaqalan alınıb. Bundan 6 dəqiqə sonra Merab Qiqaurinin ötürməsini qəbul edən Rövlan Muradov cərimə meydanının önündə çevrilərək qarşısıalınmaz zərbə ilə hesabı açıb. Buraxılan qoldan sonra meydan sahibləri fəallığı xeyli artırsalar da, “Qəbələ”nin müdafiə xətti etibarlı oynayıb. Güclü küləyin istiqamətinə qarşı mübarizə “qırmızı-qaralar”ın əks-hücumları sürətli alınıb. Belə həmlələrdən birində David Volkovun zərbəsi rəqib qapıçıya gərginlik yaşadıb.

İkinci hissənin əvvəlində “Qəbələ” fərqi artırmaq imkanı əldə edib. Sürətli əks-hücum zamanı Ülvi İsgəndərov topu qapını tərk edən qapıçının başı üzərində qapı istiqamətində göndərib. Lakin top dirəyin yanından keçib. 5 dəqiqə sonra Roman Hüseynov təhlükəli nöqtədən cərimə zərbəsini yerinə yetirib. Onun vurduğu top da dirəyin yanından ötüb. “Səbail” ikinci hissənin ortalarında bərabərlik qoluna imza atıb. Paytaxt təmsilçisinin heyətində Mirabdulla Abbasov fərqlənib. Komandamız səfərdən qələbə ilə ayrılmaq üçün son dəqiqələrdə bir neçə imkan əldə edib. Qismət Alıyevin künc zərbəsindən sonra Merab Qiqaurinin başla göndərdiyi topda az dəqiqlik çatmayıb. Uzatma dəqiqələrində isə uzaq məsafədən endirilən iki zərbəni qapıçı dəf edib.

Beləliklə, “Qəbələ” paytaxt səfərində “Səbail”lə heç-heçə edib – 1:1.

 

“Səbail”

85. Kamal Bayramov

7. Fəhmin Muradbəyli

(9. Mirsahib Abbasov, 80)

13. Şəhriyar Rəhimov

14. Rahid Əmirquliyev (k)

10. Ağabala Ramazanov

32. Elvin Yunuszadə

34. Urfan Abbasov

55. Adil Nağıyev

22. Mirabdulla Abbasov

8. Yevgeni Koçuk

3. Turan Manafov

(77. Ədilxan Qarəhmədov, 31)

 

Ehtiyat oyunçular:

 

25. Elxan Əhmədov

4. Eltun Yaqublu

26. Kamal Qurbanov

18. Aqşin Qurbanlı

17. Elçin Rəhimli

5. Vüqar Bəybalayev

6. Maykl Esyen

19. Ruslan Hacıyev

 

Baş məşqçi: Aftandil Hacıyev

 

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

8. Qismət Alıyev

5. Rasim Ramaldanov

14. Ülvi İsgəndərov

7. Roman Hüseynov

(74. Yusif Nəbiyev, 71)

9. Davit Volkov

(20. Faiq Hacıyev, 84)

3. İviça Zuniç

77. Merab Qiqauri

21. Fernan Lopez

19. Rövlan Muradov

(13. Kristian Kuaku, 78)

2. Amin Seydiyev

 

Ehtiyat oyunçular:

 

94. Tərlan Əhmədli

28. Murad Musayev

4. Sadiq Quliyev

22. Rüstəm Nuriyev

15. Vüsal Məsimov

 

Baş məşqçi: Zaur Həşimov