«Qəbələ»dən qollu heç-heçə
Xəbərlər / 8 Dekabr 2019 | 17:37277
«Qəbələ»dən qollu heç-heçə

“Sumqayıt” – “Qəbələ” – 1:1

8 dekabr 2019. Saat 15:00. “Kapital Bank Arena”, 1100 tamaşaçı

Baş hakim: Vüqar Həsənli

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Orxan Məmmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqə: Xəyal Nəcəfov, 45 (qeyri-idman hərəkəti); Peyman Babayi, 64 (qeyri-idman hərəkəti); Elvin Cəfərquliyev, 45 (qeyri-idman hərəkəti) // Fernan Lopez, 20 (qeyri-idman hərəkəti);  Merab Qiqauri, 45 (hakimin qərarına etiraz); Qismət Alıyev, 45, 86 (qeyri-idman hərəkəti); İbrahima Niasse, 86 (hakimin qərarına etiraz)

Qırmızı vərəqələr: Anar Nəzirov, 65 (təcavüzkar davranış); Qismət Alıyev, 86

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elmar Baxşıyev, 75 (hakimin qərarına etiraz)

Qollar: Peyman Babayi, 31 (p.) // Fernan Lopez, 23

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 7 dəq.

 

“Qəbələ” Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının son oyununu keçirib. “Qırmızı-qaralar” XIV turda “Sumqayıt”la qarşılaşıb. Komandamız matça ötən turun “Zirə”yə qarşı görüşü ilə müqayisədə bir dəyişikliklə başlayıb. Cəzalı Amin Seydiyevi start heyətində Murad Musayev əvəzləyib.

Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən matç qarşılıqlı hücumlarla başlayıb. Oyunun əvvəlində topa daha çox nəzarət edən “Qəbələ” hissənin ortalarında hesabı açıb. Rəqib müdafiəçilərin səhvindən yararlanan Fernan Lopes meydan sahiblərini məyus edib. Buraxılan qoldan sonra sumqayıtlılar fəallığı artırıblar. 31-ci dəqiqədə penalti imkanı qazanan ev sahibləri hesabda tarazlıq yaradıblar. Qolun müəllifi olan Peyman Babayi az sonra ikinci dəfə fərqlənməyə yaxın olsa da, qapıçı Anar Nəzirov inamlı oynayıb.

İkinci hissədə azarkeşlər qarşılıqlı hücumlar izləsə də, qapılar önündə real qol vəziyyətləri çox olmayıb. İkinci hissənin ortalarında “Qəbələ” azlıqda qalıb. Nəzirov qırmızı vərəqə alıb. Buna baxmayaraq, “qırmızı-qaralar” müdafiəyə çəkilməyərək daha çox hücum edib. Görüşün sonlarında təşəbbüsə yiyələnən meydan sahibləri hesabı öz xeyrinə dəyişməyə çalışıblar. Qismət Alıyev ikinci sarı vərəqə aldıqdan sonra komandamız 9 nəfərlə qalıb. Bundan sonra “Sumqayıt” təzyiqi artırsa da, təxminən 10 dəqiqə etibarlı müdafiə olunan futbolçularımız hesabın dəyişməsinə imkan verməyiblər.

Beləliklə, “Qəbələ” Premyer Liqada mövsümün ilk yarısını qollu heç-heçə ilə başa vurub.

 

 “Sumqayıt”

13. Aydın Bayramov

97. Xəyal Nəcəfov

(28. Səbuhi Abdullazadə, 59)

46. Aleksey İsayev

4. Şəhriyar Əliyev (k)

14. Elvin Bədəlov

6. Vüqar Mustafayev 

90. Rəhim Sadıxov

(70. Mehdi Şərifi, 68)

8. Peyman Babayi

5. Camaladdin Xocaniyazov

18. Süleyman Əhmədov

44. Elvin Cəfərquliyev

(9. Amil Yunanov, 88)

 

Ehtiyat oyunçular:

 

12. Nicat Mehbalıyev

2. Rail Məlikov

7. Ehtiram Şahverdiyev

22. Sərtan Taşqın

11. Elgün Nəbiyev

50. İlqar Qurbanov

17. Murad Xaçayev

20. Rüfət Abdullazadə

 

Baş məşqçi: Ayxan Abbasov

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

8. Qismət Alıyev

74. Yusif Nəbiyev

28. Murad Musayev

9. Davit Volkov

(94. Tərlan Əhmədli, 67)

3. İviça Zuniç

10. Klesio Bauk

77. Merab Qiqauri

(7. Roman Hüseynov, 59)

21. Fernan Lopez

6. İbrahima Niasse

19. Rövlan Muradov

 

Ehtiyat oyunçular:

 

11. Asif Məmmədov

14. Ülvi İsgəndərov

4. Sadiq Quliyev

13. Kristian Kuaku

20. Faiq Hacıyev

22. Rüstəm Nuriyev

15. Vüsal Məsimov

 

Baş məşqçi: Azər Bağırov