«Qəbələ»dən qollu heç-heçə
Xəbərlər / 15 İyul 2023 | 19:001617
«Qəbələ»dən qollu heç-heçə

“Qəbələ” - "Orenburq" (Rusiya) – 1:1

Ülvi İsgəndərov

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Boludakı hazırlıq prosesinin beşinci günündə meydana çıxıb. Komandamız Rusiyanın “Orenburq” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma “Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında baş tutub. Baş məşqçi Elmar Baxşıyev aşağıdakı start heyətinə şans verib: Kristof Atanqana, İlkin Qırtımov, Murad Musayev, Urfan Abbasov, Lukas Afriko, Gilad Abramov, Əyyub Allaş, Omar Hani, Ahmed Ayzaya, Ülvi İsgəndərov, Osama Xalayla.

Görüş qarşılıqlı hücumlarla keçib. Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. Matçdakı qollar da ikinci hissəyə təsadüf edib. Fasilədən az sonra Ülvi İsgəndərov hesabı açıb. Lakin rəqib oyunun sonunadək bərabərlik qolunu vurmağı bacarıb – 1:1. 

Xatırladaq ki, “Qəbələ” Boluda keçirdiyi ilk matçda Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlib.