“Sumqayıt” – “Qəbələ” – 1:1
İsmael Akinade
Yeni mövsümə hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.
Komandamız mövsümlərarası fasilədə ikinci matçında “Sumqayıt”la üz-üzə gəlib. Görüş Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutub.
Qarşılaşmada vurulan hər iki qol ilk yarıda qeydə alınıb. Komandalar hərəyə bir qol vurub. Rəqib hesabı açsa da, İsmael Akinade meydan sahiblərinin qapısına yol tapıb – 1:1.
Qeyd edək ki, “qırmızı-qaralar” ilk yoxlama oyununda “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.