“Qəbələ” – “Neftçi” – 1:1
15 dekabr 2021. Saat 16:00. Qəbələ şəhər stadionu, 1200 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Kamran Bayramov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Murad Musayev, 11 (qeyri-idman hərəkəti); Ruan Renato, 53, 89 (qeyri-idman hərəkəti); Emil Səfərov, 76 (qeyri-idman hərəkəti) // Mert Çelik, 19 (qeyri-idman hərəkəti); Sezar Meza Kolli, 55 (qeyri-idman hərəkəti); Emin Mahmudov, 65 (qeyri-idman hərəkəti); Romen Bask, 86 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Ruan Renato, 89
Qollar: Rafael Utziq, 28 // Emin Mahmudov, 39
Qolla nəticələnməyən penalti: Emin Mahmudov, 54
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.
Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start verilib. Mövsümün ilk yarısının son turunun ilk matçı Qəbələ şəhər stadionunda keçirilib. Liderlər qrupunda yer alan komandaların duelində “Qəbələ” “Neftçi”ni qəbul edib.
Son iki qarşılaşması heç-heçə başa çatan rəqiblər bu dəfə də meydandan sülhlə ayrılıblar. Matçdakı bütün qollar oyunun ilk hissəsinə təsadüf edib.
Hissənin ortalarında Rafael Utziq hesabı açıb. Bu, braziliyalının mövsümdə 4-cü, ümumilikdə isə “Qəbələ”də 6-cı qolu olub.
“Qırmızı-qaralar” hesabı açdıqdan 11 dəqiqə sonra bərabərlik qolunu buraxıb. Bu topdan sonra hər iki komandanın qapısı önündə təhlükəli vəziyyətlər yaransa da, hesab dəyişməyib. Qapıçımız Nicat Mehbalıyev bir neçə dəfə ustalığını nümayiş etdirib. Gənc qolkiper Emin Mahmudovun penalti zərbəsini də dəf edə bilib. Görüşün sonlarında Ruan Renatonun qırmızı vərəqə almasından sonra “Qəbələ” azlıqda qalsa da, hesabı qoruya bilib – 1:1.
Beləliklə, mövsümdə 5-ci heç-heçəsini edən komandamız 2021-ci ili sülhlə başa vurub. Bununla da Elmar Baxşıyevin yetirmələri xal hesabını 26-ya çatdırıb. Qış fasiləsinə sülhlə yollanan “qırmızı-qaralar” ikinci pillədə möhkəmlənib.
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
(7. Ehtiram Şahverdiyev, 82)
11. Asif Məmmədov (k)
(77. Emil Səfərov, 73)
28. Murad Musayev
27. Məqsəd İsayev
34. Urfan Abbasov
8. Stefan Vukçeviç
23. Rafael Utziq
5. İsnik Alimi
4. Ruan Renato
9. Fernan Lopes
(14. Ülvi İsgəndərov, 59)
Ehtiyat oyunçular:
1. Kristof Atanqana
36. Elməddin Sultanov
6. Kamal Mirzəyev
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Neftçi”
12. Kamran İbrahimov
26. Ömər Buludov
8. Emin Mahmudov (k)
97. Xəyal Nəcəfov
(22. Mirabdulla Abbasov, 80)
6. Voyislav Stankoviç
24. Yusuf Laval
29. Sabir Buqrin
(10. Sezar Meza Kolli, 33)
14. Romen Bask
9. Tiaqo Bezerra
(91. Ramon Maçado, 83)
36. Mamadu Kane
20. Mert Çelik
Ehtiyat oyunçular:
93. Rza Cəfərov
19. Fəhmin Muradbəyli
11. Harramiz Soares
4. Huqo Basto
21. İsmayıl Zülfüqarlı
27. Fərid Yusifli
37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov