“Qəbələ” – “Keşlə” – 1:1
3 aprel 2022. Saat 15:00. Qəbələ şəhər stadionu, 1200 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Kamran Bayramov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Ruan Renato, 20 (qeyri-idman hərəkəti) // Kamal Bayramov, 64, 64 (hakimin qərarına etiraz); Sadio Tounkara, oyundan sonra (hakimin qərarına etiraz)
Qırmızı vərəqələr: Tərlan Quliyev, 51 (təcavüzkar davranış); Kamal Bayramov, 64
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Sənan Qurbanov, 64 (hakimin qərarına etiraz)
Qollar: Omar Hani, 47 // Merab Qiqauri, 32
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
Bu gün Azərbaycan Premyer Liqasında XXI turun ikinci gününə start verilib. “Qəbələ” III dövrənin son oyununu evdə keçirib. Milli komandaların görüşləri ilə əlaqədar fasilədən sonrakı rəqib “Keşlə” olub.
“Qırmızı-qaralar” qarşılaşmaya ötən turla müqayisədə iki dəyişikliklə başlayıb. Asif Məmmədov və Rüfət Əhmədov start heyətində yer alıb. Onlar İsnik Alimi ilə Fernan Lopesi əvəzləyib.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Birinci hissənin ilk yarısı qol epizodları ilə zəngin olmayıb. Hissənin ortalarında “Qəbələ” fəallığı artırsa da, hesabı bakılılar açıb. Merab Qiqauri 32-ci dəqiqədə fərqlənib. Buraxılan qoldan sonra böyük qüvvə ilə hücuma keçən “qırmızı-qaralar” bir neçə yaddaqalan epizod yaradıb. Lakin Rafael Utziq, Asif Məmmədov və Rövlan Muradovun zərbələrində dəqiqlik çatmayıb.
Fasilədən sonra Omar Hani meydana daxil olub. Zədədən sonra heyətə dönən iordaniyalı ikinci hissənin əvvəlində Asif Məmmədovun ötürməsini qola çevirib – 1:1. Bu qoldan sonra da “Qəbələ” hücumlarına ara verməyib. Say üstünlüyü də əldə edən komandamız təşəbbüsə tam yiyələnərək ardıcıl hücumlar qurub. Lakin Urfan Abbasov, Rövlan Muradov və Rafael Utziqin zərbələri hesabı dəyişmək üçün yetərli olmayıb. Matçın sonlarında Murad Musayevin iki baş zərbəsi tirə tuş gəlib. Son dəqiqələrdə isə Emil Səfərovun zərbəsindən sonra top dirəyə dəyib. Beləliklə, “Qəbələ” ev oyunundan qollu sülhlə ayrılıb – 1:1.
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
(77. Emil Səfərov, 79)
11. Asif Məmmədov (k)
28. Murad Musayev
27. Məqsəd İsayev
34. Urfan Abbasov
8. Stefan Vukçeviç
23. Rafael Utziq
4. Ruan Renato
24. Patrik Robson
(14. Ülvi İsgəndərov, 61)
12. Rüfət Əhmədov
(10. Omar Hani, 46)
Ehtiyat oyunçular:
1. Kristof Atanqana
36. Elməddin Sultanov
7. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
20. Rauf Rüstəmli
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Keşlə”
1. Stanislav Namaşko
3. Tərlan Quliyev
2. İlkin Qırtımov
7. Rəhman Hacıyev
(29. Amil Yunanov, 65)
4. Şəhriyar Əliyev (k)
99. Rafael Məhərrəmli
11. Sadio Tounkara
77. Merab Qiqauri
72. Aldair Neto
(6. Franko Flores, 55)
9. Natan Oduva
(14. Turan Vəlizadə, 75)
13. Pərviz Azadov
Ehtiyat oyunçular:
85. Kamal Bayramov
8. Tural Axundov
22. Elçin Mustafayev
50. Samir Abdullayev
95. Rəhman Daşdəmirov
Baş məşqçi: Sənan Qurbanov