“Qəbələ”dən qollu sülh
Xəbərlər / 16 Mart 2024 | 20:421585
“Qəbələ”dən qollu sülh

“Araz-Naxçıvan” – “Qəbələ” – 1:1

16 mart 2024. Saat 18:30. “Liv Bona Dea Arena”, 120 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Fərid Hacıyev

VAR: Cavid Cəlilov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Sarı vərəqə: Vadim Abdullayev, 16 (qeyri-idman hərəkəti); Vanderson Melo, 90+6 (qeyri-idman hərəkəti) // Bilel Auaşeriya, 45+3 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 52 (qeyri-idman hərəkəti); Elməddin Sultanov, 74 (hakimin qərarına etiraz)

Qırmızı vərəqə: Numan Kurdiç, 59 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə)

Qollar: Numan Kurdiç, 43 // Osama Xalayla, 67

Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 8 dəq.

 

“Qəbələ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXVII turunda “Araz-Naxçıvan”la görüşüb. “Qırmızı-qaralar” III dövrədəki son matçına səfərdə çıxıb.

 

Bakıdakı qarşılaşmaya meydan sahibləri fəal başlayıblar. Rəqibin önünü inamla alan Kaxaber Tsxadadzenin yetirmələri üstünlüyü ələ keçirə biliblər. Əyyub Allaş və Urfan Abbasovun uzaqdan zərbələri təhlükəli alınıb.

 

Birinci hissənin ikinci yarısı daha çox qarşılıqlı hücumlarla keçib. Osama Xalayla əlverişli qol epizodunu qaçırıb. Naxçıvan təmsilçisi fasilə ərəfəsində hesabı açıb – 1:0.

 

İkinci hissəyə fəal başlayan komandamız ardıcıl hücumlar qurub. Bilel Auaşeryanın iki kəsərli ötürməsi yaddaqalan olsa da, hücumu qapayan tapılmayıb. Əyyub Allaşın qapıçı ilə üz-üzə qalmağa yaxın olduğu epizodda onu qayda pozuntusu ilə dayandırıblar. “Qırmızı-qaralar” say üstünlüyü qazandığı epizoddakı cərimə zərbəsindən yararlana bilməyib.

 

Ardınca təşəbbüsü tam ələ alan “Qəbələ” ardıcıl hücumlar təşkil edib. Bunlardan biri Osama Xalaylanın bərabərlik qolu ilə nəticələnib – 1:1. O, Rauf Hüseynlinin ötürməsindən sonra topu tora qovuşdurub.

 

Hücumlara ara verməyən komandamız dəfələrlə fərqlənməyə yaxın olub. Əyyub Allaşın zərbəsi zamanı top tirdən dönüb. Ardınca Samuel Tetteh və Urfan Abbasovun təhlükəli zərbələrində dəqiqlik çatmayıb. Görüşün sonlarında isə Klesio Bauk iki dəfə hədəfi nişan alsa da, dəqiq olmayıb. Beləliklə, “qırmızı-qaralar” paytaxt səfərindən qollu sülhlə dönüb – 1:1.

 

Qeyd edək ki, “Qəbələ” növbəti oyununu martın 29-da keçirəcək. Komandamız Misli Premyer Liqasının XXVIII turunda “Neftçi”ni Qəbələ şəhər stadionunda qəbul edəcək.

 

“Araz-Naxçıvan”

12. Kristian Avram

6. Vadim Abdullayev

10. Orxan Əliyev (k)

(2. Abdulla Rzayev, 73)

39. Tural Bayramlı

(55. Zamiq Əliyev, 63)

3. Turan Manafov

7. Nicat Süleymanov

(11. Ramin Nəsirli, 73)

22. Elçin Mustafayev

(19. Aksel Nqando, 90)

29. Vanderson Melo

42. Kadiri Mohammed

14. Miço Kuzmanoviç

(23. Nuno Rodriqes, 73)

27. Numan Kurdiç

 

Ehtiyat oyunçular:

 

91. Semir Bukviç

17. İldar Alekperov

88. Tuqay Əlizadə

13. Mirəli Əhmədov

 

Baş məşqçi: Azər Bağırov

 

“Qəbələ”

13. Kristof Atanqana

2. İlkin Qırtımov

34. Urfan Abbasov (k)

(12. Nicat Əliyev, 79)

28. Murad Musayev

5. Rauf Hüseynli

(19. Samuel Tetteh, 71)

7. Emil Səfərov

20. Bilel Auaşeriya

(10. Klesio Bauk, 90)

3. Zurab Oçiqava

99. Ahmed Ayzaya

9. Əyyub Allaş

72. Osama Xalayla

 

Ehtiyat oyunçular:

 

1. Rəşad Əzizli

36. Elməddin Sultanov

14. Ülvi İsgəndərov

71. Sənan Ağalarov

25. İbrahim Ramazanov

77. Okan Təhməzli

27. Eşqin Əhmədov

4. Lukas Afriko

6. Feras Abu Akal

 

Baş məşqçi: Kaxaber Tsxadadze