«Qəbələ»dən qolsuz sülh
Xəbərlər / 29 Oktyabr 2023 | 17:581675
«Qəbələ»dən qolsuz sülh

“Sumqayıt” – “Qəbələ” – 0:0

29 oktyabr 2023. Saat 16:00. “Kapital Bank Arena”, 1350 tamaşaçı

Baş hakim: Cavid Cəlilov

Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Rəhman İmami

Dördüncü hakim: Emin Əliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Tural Qurbanov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Vüqar Mustafayev, 62 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 83 (qeyri-idman hərəkəti) // Zurab Oçiqava, 39 (qeyri-idman hərəkəti); Gilad Abramov, 45 (qeyri-idman hərəkəti)

Qol: yoxdur

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

 

“Qəbələ” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” XI turda “Sumqayıt”la qarşılaşıb. Komandamız səfər matçına ötən turla müqayisədə üç dəyişikliklə çıxıb. Baş məşqçi Elmar Baxşıyev start heyətində Ülvi İsgəndərov, Zurab Oçiqava və Omar Haniyə şans verib. Onlar “11-lik”də oyunu buraxmalı olan İlkin Qırtımov, Emil Səfərov və Osama Xalaylanı əvəzləyiblər.

 

“Kapital Bank Arena”dakı matç qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda rəqib qapısına yol tapmağa çalışsa da, real qol vəziyyətləri yaratmaqda çətinlik çəkib. Sol cinahda daha fəal olan “Qəbələ”nin heyətində Əyyub Allaş və Urfan Abbasovun uzaq zərbələrində dəqiqlik çatmayıb. Yaxın məsafədən qapını nişan alan Bilel Auaşeriya da hesabı aça bilməyib. İlk yarıda rəqib həmlələrinin qarşısını kəsən “qırmızı-qaralar” bir neçə sürətli əks-həmlə də qurub. Samuel Tettehin rəqiblərdən qaçmaq cəhdləri baş tutmayıb.

 

Oyunun ssenarisi ikinci hissədə də dəyişməyib. Qarşılıqlı hücumlar quran tərəflər müdafiədə daha diqqətli olublar. Əyyub Allaşın uzaq zərbəsi və Lukas Afrikonun yaxından başla toxunuşu hesabı açmaq üçün yetərli olmayıb. Meydan sahiblərinin hücumlarının qarşısını inamla alan “qırmızı-qaralar” matçın sonlarında da bir neçə yaddaqalan həmlə təşkil edib. Lakin Əyyub Allaş və Bilel Auaşeriyanın qapı önünə ötürmələrini qapayan olmayıb. Beləliklə, Sumqayıtdakı görüş qolsuz sülhlə nəticələnib.

 

“Sumqayıt”

1. Mehdi Cənnətov

6. Vüqar Mustafayev (k)

14. Elvin Bədəlov

7. Rövlan Muradov

17. Murad Xaçayev

8. Səbuhi Abdullazadə

19. Roi Kehat

(30. Kamran Quliyev, 83)

11. Kasimir Ninqa

(9. Erik Sorqa, 65)

12. Abu Dosso

10. Kamran Aliev

71. Masaki Murata

(58. Oktavio Manteka, 65)

 

Ehtiyat oyunçular:

 

15. Orxan Sadıqlı

32. Murad Ağamalıyev

20. Ayxan Süleymanlı

21. Nihad Əhmədzadə

35. Sənan Muradlı

60. Tresor Mossi

 

Baş məşqçi: Samir Abasov

 

“Qəbələ”

1. Rəşad Əzizli

34. Urfan Abbasov (k)

14. Ülvi İsgəndərov

5. Rauf Hüseynli

(12. Nicat Əliyev, 79)

20. Bilel Auaşeriya

4. Lukas Afriko

3. Zurab Oçiqava

19. Samuel Tetteh

(18. Mehrac Baxşalı, 59)

9. Əyyub Allaş

10. Omar Hani

8. Gilad Abramov

 

Ehtiyat oyunçular:

 

36. Elməddin Sultanov

11. Asif Məmmədov

28. Murad Musayev

33. Hüseyn Mürsəlov

17. Yaovi Akakpo

 

Baş məşqçi: Elmar Baxşıyev