“Zirə” – “Qəbələ” – 1:1
3 mart 2019. Saat 15:00. Zirə idman kompleksinin stadionu, 600 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Əli Cəbrayılov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Fofana İsmael, 90+3 (hakimin qərarına etiraz) // Cavid Hüseynov, 20 (hakimin qərarına etiraz); Rasim Ramaldanov, 70 (oyunun bərpasını ləngitdiyinə görə)
Qollar: Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
“Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” XIX turun matçında “Zirə” ilə qarşılaşıb. Sənan Qurbanovun yetirmələri səfər qarşılaşmasına ötən turla müqayisədə dörd dəyişikliklə başlayıb. Urfan Abbasov, Rauf Əliyev, Vojislav Stankoviç və Davit Volkovi “11-lik”dən kənarda qalıblarsa, Rasim Ramaldanov, Lalavele Atakora, Sabien Lilay və Qismət Alıyev ilk dəqiqələrdən meydana çıxıblar.
Görüşə daha fəal başlayan “Qəbələ” ilk dəqiqələrdə üstünlüyə yiyələnib. Lakin tezliklə meydan sahibləri oyunun axarında dönüş yaratmağa müvəffəq olublar. Hissənin böyük bölümü paytaxt klubunun təşəbbüsə yiyələndiyi vaxta təsadüf edib. Amma bakılılar fasiləyədək yalnız bir dəfə Dmitri Bezotosnının qapısı önündə ciddi təhlükə yaradıblar. Həmin epizodda da Rasim Ramaldanov müdafiə xəttində inamlı oyun nümayiş etdirərək Mfo Kqasvanenin zərbəsini zərərsizləşdirib. “Qırmızı-qaralar” hissənin sonlarında yenidən təşəbbüsü ələ alsa da, “Zirə”nin çərçivəsi önündə real qol vəziyyəti yaranmayıb. Yalnız Amin Seydiyevin fasilə ərəfəsində endirdiyi qüvvətli zərbə yaddaqalan olub.
Matçın ikinci yarısı qarşılıqlı hücumlarla başlayıb. Qapılar önündə ilk real qol vəziyyəti 57-ci dəqiqədə yaranıb. “Zirə”nin müdafiəçisinin səhvindən sonra topu ələ keçirərək, sağ cinahdan irəliləyən Cavid Hüseynovun qapı önünə ötürməsi qolla nəticələnib. Topun rəqib oyunçu Bəxtiyar Həsənalızadəyə toxunuşu avtoqolun qeydə alınmasına səbəb olub. Buraxılan qoldan sonra bakılılar daha çox hücum edib. Hər iki komanda oyunçu dəyişiklikləri ilə matçın axarını dəyişməyə çalışıb. Sürətli hücumlarla fərqi artırmağa çalışan “Qəbələ”də öncə Davit Volkovi, sonradan isə Urfan Abbasov meydana daxil olub. Görüşün sonlarında isə meydan sahibləri hesabda tarazlıq yaradıb – 1:1. Xal itkisindən qaçmağa çalışan hər iki komanda bu qoldan sonra da hücumlar təşkil edib. Amma Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmada hesab dəyişməyib – 1:1.
Beləliklə, səfərdən qollu heç-heçə ilə dönən “Qəbələ” xal hesabını 25-ə çatdırıb.
“Zirə”
85. Kamal Bayramov (k)
2. İlkin Qırtımov
6. Vüqar Mustafayev
(91. Bilal Həmdi, 65)
88. Tellur Mütəllimov
14. Bəxtiyar Həsənalızadə
27. Adrian Skarlatake
11. Dilan Duventru
9. Aleksandr Dedov
23. Mfo Kqasvane
(17. Robin Nqalande, 70)
18. Xulio Sezar Rodriqez
(20. Fofana İsmael, 46)
38. İlkin Muradov
Ehtiyat oyunçular:
1. Orxan Sadıqlı
62. Abdulla Seyidəhmədov
39. Sadiq Quliyev
8. Kamal Mirzəyev
77. Mirsahib Abbasov
26. Miloş Radivoyeviç
10. Sadio Tounkara
99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov
“Qəbələ”
22. Dmitri Bezotosnı
5. Rasim Ramaldanov
14. Cavid Hüseynov (k)
4. Elvin Camalov
21. Atakora Lalavele
(9. Davit Volkov, 79)
17. Ceyms Adeniyi
88. Sabien Lilay
(34. Urfan Abbasov, 87)
28. Stiven Monroz
8. Qismət Alıyev
27. Bəhlul Mustafazadə
2. Amin Seydiyev
Ehtiyat oyunçular:
1. Anar Nəzirov
35. Murad Popov
18. İlqar Qurbanov
11. Asif Məmmədov
10. Rauf Əliyev
6. Rüstəm Nuruyev
77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov