“Şamaxı” – “Qəbələ” – 1:1
14 oktyabr 2022. Saat 15:00. Şamaxı şəhər stadionu, 1200 tamaşaçı
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Cavanşir Yusifov
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Kamal Mirzəyev, 90 (qeyri-idman hərəkəti); Adil Nağıyev, 90+3 (hakimin qərarına etiraz) // Asif Məmmədov, 45 (hakimin qərarına etiraz); Məqsəd İsayev, 85 (qeyri-idman hərəkəti); Feras Abu Akal, 90 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Cavid Hüseynov, 90+3 (“Şamaxı”) (hakimin qərarına etiraz)
Qollar: Kamran Quliyev, 75 // Adil Nağıyev 60, (ö.q.)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
Bu gün Misli Premyer Liqasında II dövrəyə start verilib. X turun ilk oyunu Şamaxı şəhər stadionunda baş tutub. “Qəbələ” “Şamaxı”nın qonağı olub.
“Qırmızı-qaralar” qarşılaşmaya start heyətində iki dəyişikliklə başlayıb. Ötən tur “11-lik”də yer almayan Asif Məmmədovla Ramon Maçado ilk dəqiqələrdən meydana çıxıb. Onlar İlkin Qırtımov və Omar Hanini əvəzləyib.
Oyun qarşılıqlı hücumlarla başlayıb. “Qəbələ” artıq ilk 45 dəqiqədə bir neçə real qol vəziyyəti yaradıb. Lakin futbolçularımız hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib.
İkinci hissədə də rəqib qapısına həmlələr təşkil edən “qırmızı-qaralar” 60-cı dəqiqədə istəyinə çatıb. Adil Nağıyevin avtoqolu komandamızı hesabda önə çıxarıb. Amma “qırmızı-qaralar” üstünlüyünü qoruya bilməyib. Kamran Quliyev hesabda tarazlıq yaradıb. Buraxılan qoldan sonra da hücumlarını davam etdirən “Qəbələ” ərazi üstünlüyündən yararlana bilməyib. Son dəqiqələrdə də bir neçə real qol imkanı yaradan komandamız bu şansları boşa verib. Ramon Maçado yaxın məsafədən çərçivəyə düşməyib. Beləliklə, “qırmızı-qaralar” Şamaxı səfərində qollu heç-heçə ilə ayrılıb.
“Şamaxı”
1. Rəşad Əzizli
10. Elvin Məmmədov (k)
(17. Elçin Rəhimli, 76)
55. Adil Nağıyev
27. İbrahim Aslanlı
(70. Bahadur Həziyev, 46)
16. Fuad Bayramov
5. Rəhman Daşdəmirov
2. Rauf Hüseynli
(22. Elçin Mustafayev, 75)
11. Kamran Quliyev
83. Nihad Quliyev
(8. Kamal Mirzəyev, 69)
18. Cəlal Hüseynov
21. Qurban Səfərov
(23. Rövşən Şahmuradov, 33)
Ehtiyat oyunçular:
12. Əkpər Vəliyev
99. Sahib Həsənov
7. Asim Əlizadə
4. Arsen Ağcabəyov
14. Uğur Cahangirov
33. Abdulla Rzayev
30. Mirəli Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli
“Qəbələ”
1. Səlahət Ağayev
11. Asif Məmmədov (k)
(77. Emil Səfərov, 80)
27. Məqsəd İsayev
28. Murad Musayev
7. Rövlan Muradov
91. Ramon Maçado
4. Ruan Renato
5. İsnik Alimi
23. Rafael Utziq
(14. Ülvi İsgəndərov, 79)
97. Felipe Santos
(10. Omar Hani, 51)
6. Feras Abu Akal
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
33. Hüseyn Mürsəlov
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev