«Qəbələ»dən səfər heç-heçəsi
Xəbərlər / 29 Noyabr 2022 | 19:271572
«Qəbələ»dən səfər heç-heçəsi

“Sumqayıt” – “Qəbələ” – 1:1

29 noyabr 2022. Saat 16:30. “Kapital Bank Arena”, 500 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: İnqilab Məmmədov

VAR: Tural Qurbanov

AVAR: Rəşad Əhmədov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elman Musayev

Sarı vərəqələr: Süleyman Əhmədov, 30 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 82 (qeyri-idman hərəkəti); Rüfət Abdullazadə, 90+2 (qeyri-idman hərəkıti)

Qollar: Todor Todorski, 79 // İsnik Alimi, 74 (p.)

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 2 dəq.

 

Misli Premyer Liqasında XV tura yekun vurulub. Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonrakı ilk tura Sumqayıtda yekun vurulub.

“Qəbələ” “Kapital Bank Arena”da “Sumqayıt”ın qonağı olub. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətdə üç dəyişiklik edib. Kristof Atanqana, Asif Məmmədov və Omar Hani ilk dəqiqələrdən meydana çıxıb. Onlar Səlahət Ağayev, Rövlan Muradov və Ruan Renatonu əvəzləyib.

Hakimin start fiti ilə irəli atılan “qırmızı-qaralar” təşəbbüsü ələ alıb. Oyunun əvvəlində ardıcıl hücumlar təşkil edən komandamızın erkən qol istəyi baş tutmayıb.

Müdafiəyə çəkilən meydan sahibləri əsasən əks-hücumlarda fərqlənməyə çalışıb. Lakin tərəflərin səylərinə baxmayaraq fasiləyədək hesab açılmayıb.

Oyunun ikinci hissəsi daha çox qarşılıqlı hücumlarla keçsə də, komandamız üstünlüyü ələ alıb. Qarşılaşmadakı qollar isə matçın sonlarına təsadüf edib.

74-cü dəqiqədə İsnik Alimi penalti zərbəsindən yararlanıb. Lakin komandamız üstünlüyü qoruya bilməyib. Sumqayıtlılar bərabərlik qolu vuraraq məğlubiyyətdən qaçıb – 1:1. Beləliklə, “Qəbələ” səfərdən qollu heç-heçə ilə ayrılıb.

 

“Sumqayıt”

13. Aydın Bayramov

3. Vurğun Hüseynov (k)

6. Vüqar Mustafayev

14. Elvin Bədəlov

17. Murad Xaçayev

18. Süleyman Əhmədov

8. Səbuhi Abdullazadə

30. Filipe Çabi

(19. Xəzər Mahmudov, 81)

5. Stiven Pereyra

43. Riçard Qadze

12. Todor Todoroski

(11. Rüfət Abdullazadə, 86)

 

Ehtiyat oyunçular:

 

25. İlnur Valiev

36. Xəyal Fərzullayev

15. Vüqar Bəybalayev

24. Elşən Abdullayev

55. İbrahim Əliyev

20. Ayxan Süleymanlı

21. Nihad Əhmədzadə

23. Rifat Nurmuqamet

9. Almir Aqanspahiç

 

Məşqçi: Mübariz Orucov

 

“Qəbələ”

13. Kristof Atanqana

11. Asif Məmmədov (k)

2. İlkin Qırtımov

27. Məqsəd İsayev

28. Murad Musayev

77. Emil Səfərov

(7. Rövlan Muradov, 58)

91. Ramon Maçado

5. İsnik Alimi

97. Felipe Santos

(18. Mehrac Baxşalı, 88)

6. Feras Abu Akal

10. Omar Hani

(14. Ülvi İsgəndərov, 58)

 

Ehtiyat oyunçular:

 

1. Səlahət Ağayev

36. Elməddin Sultanov

34. Urfan Abbasov

33. Hüseyn Mürsəlov

88. Gülağa Əsədov

20. Rauf Rüstəmli

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev