“Sabah” – “Qəbələ” – 0:2
11 sentyabr 2021. Saat 18:00. “Bank Respublika Arena”, 1000 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Müslüm Əliyev
Dördüncü hakim: Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sarı vərəqələr: Kristian Sebalyos, 23 (oyunun bərpasının ləngidilməsi); İldar Alekperov, 26 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 56 (qeyri-idman hərəkəti); Elvin Camalov, 76 (qeyri-idman hərəkəti) // Murad Musayev, 27 (qeyri-idman hərəkəti); Nicat Mehbalıyev, 90+1 (oyunun bərpasının ləngidilməsi)
Qollar: Yaovi Akakpo, 53; Ülvi İsgəndərov, 90+3
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.
Azərbaycan Premyer Liqasında III tura start verilib. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə “Bank Respublika Arena”da başa çatıb. Turun ilk matçında “Qəbələ” “Sabah”ın qonağı olub.
“Qırmızı-qaralar”ın start heyətində ötən turla müqayisədə bir dəyişiklik olub. Asif Məmmədov ilk dəqiqələrdən meydana çıxıb. O, “11-lik”də Rüfət Əhmədovu əvəzləyib.
Görüş qarşılıqlı hücumlarla başlayıb. İlk yaddaqalan zərbə “Qəbələ”dən gəlib. Yaovi Akakponun zərbəsini rəqib qapıçı küncə çıxarıb. Hissənin ortalarında təşəbbüsü ələ alan “qırmızı-qaralar” ardıcıl bir neçə təhlükə yaradıb. Lakin Rövlan Muradovla Yaovi Akakponun zərbələri qol üçün yetərli olmayıb. Murad Musayevin zərbəsindən sonra top qapının yanından ötüb. Meydan sahibləri də hücumlar təşkil etsə də, arxa xətdə inamlı oynayan komandamızın sürətli əks-həmlələri daha yaddaqalan alınıb.
İkinci hissəyə də “Qəbələ” daha fəal başlayıb. Bu, çox keçmədən hesabın açılması ilə nəticələnib. Asif Məmmədovdan ötürmə alan Rövlan Muradov Yaovi Akakponu qapıçı ilə üz-üzə qoyub. Gənc hücumçu əlverişli imkandan yararlanaraq mövsümdə ikinci qoluna imza atıb – 1:0. Hesab açıldıqdan sonra Bakı klubu hücuma atılıb. Belə həmlələrin biri zamanı Aleksey İsayevin təhlükəli zərbəsini Nicat Mehbalıyev zərərsizləşdirib. Gənc qapıçı qısa müddətdə daha bir neçə dəfə oyuna daxil olaraq inamlı çıxış edib. Rəqib təzyiqi artırdıqca “qırmızı-qaralar” daha çox əks-hücum imkanı qazanıb. Belə epizodların birində Rafael Utriq cərimə meydanına qədər irəliləsə də, qapını dəqiq nişan ala bilməyib. Görüşün sonlarında “qırmızı-qaralar” hesabı artırmaq üçün ardıcıl imkanlar qazanıb. Öncə Omar Haninin ötürməsində dəqiqlik çatmayıbsa, ardınca Ülvi İsgəndərovun zərbəsi dirəkdən dönüb. O, uzatma dəqiqələrində fərqi artırmağa müvəffəq olub. Ona Omar Hanidən ötürmə alan Rafael Utriqin assist edib. Beləliklə, 2:0 hesabı ilə qalib gələn “Qəbələ” mövsümdə ilk səfər qələbəsini qazanıb. Məğlubiyyətsiz irəliləyən komandamız xal hesabını 7-yə çatdıraraq turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.
“Sabah”
16. Saşa Stamenkoviç (k)
14. Slavik Alxasov
(24. Mixeil Erqemlidze, 59)
2. Amin Seydiyev
10. Aleksey İsayev
34. Bəxtiyar Həsənalızadə
4. Elvin Camalov
20. Coy-Lens Mikels
17. Xuan Kamara
55. Şpiro Periçiç
(26. Fofana Tiemoko, 83)
11. Kristian Sebalyos
21. İldar Alekperov
(77. Veysəl Rzayev, 90+2)
Ehtiyat oyunçular:
1. Səlahət Ağayev
94. Yusif İmanov
3. Zurab Oçiqava
5. Arsen Ağcabəyov
6. İdris İnqilablı
66. Abdulax Xaibulaev
33. Camal Cəfərov
Baş məşqçi: Ramin Quliyev
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
(10. Omar Hani, 75)
11. Asif Məmmədov (k)
(77. Emil Səfərov, 84)
28. Murad Musayev
27. Məqsəd İsayev
34. Urfan Abbasov
17. Yaovi Akakpo
(14. Ülvi İsgəndərov, 75)
8. Stefan Vukçeviç
23. Rafael Utziq
5. İsnik Alimi
4. Ruan Renato
Ehtiyat oyunçular:
1. Kristof Atanqana
36. Elməddin Sultanov
7. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
88. Gülağa Əsədov
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
Baş məşqçi: Elmar Baxşıyev