“Keşlə” – “Qəbələ” – 2:3
24 oktyabr 2021. Saat 16:00. “ASK Arena”, 350 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Eyyub İbrahimov
Dördüncü hakim: Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Tərlan Quliyev, 18 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 90+2 (qeyri-idman hərəkəti) // Stefan Vukçeviç, 17, 69 (qeyri-idman hərəkəti); Məqsəd İsayev, 21 (qeyri-idman hərəkəti); Ruan Renato, 82 (qeyri-idman hərəkəti); Omar Hani, 90+6 (oyunun bərpasının ləngidilməsi)
Qırmızı vərəqə: Stefan Vukçeviç, 69
Qollar: Aldair Neto, 38; Amil Yunanov, 90+7 // Ruan Renato, 23; Asif Məmmədov, 30; İsnik Alimi, 60
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 6 dəq.
“Qəbələ” Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” VIII turun ikinci günündə “Keşlə” ilə qarşılaşıb. Komandamız II dövrənin ilk matçına səfərdə çıxıb. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində iki dəyişiklik edib. Omar Hani və Fernan Lopesi Rövlan Muradovla Ülvi İsgəndərov əvəzləyib.
Bakıdakı görüş qarşılıqlı hücumlarla başlayıb. Oyunda hesab ilk hissənin ortalarında açılıb. Rövlan Muradovun qapı önünə hava ötürməsini Ruan Renato baş zərbəsi ilə dəqiq tamamlayıb. Bu, müdafiəçinin “Qəbələ”də ilk qolu olub. Hesab açıldıqdan sonra da sürətli hücumlar təşkil edən “qırmızı-qaralar” fərqi artırmağa nail olub. Asif Məmmədov cərimə meydanı daxilindən qarşısıalınmaz zərbə vurub. Bu qoldan sonra fəallığı artıran bakılılar təşəbbüsə yiyələnib. Paytaxt təmsilçisi fasiləyə qədər fərqi minimuma endirib. Bundan sonra Asif Məmmədov dubl etmək imkanı qazansa da, epizoddan yararlana bilməyib.
İkinci hissə meydan sahiblərinin hücumları ilə başlasa da, rəqib həmlələrinin qarşısını alan “Qəbələ” üstünlüyü ələ ala bilib. Daha təhlükəli hücumlar quran “qırmızı-qaralar”ın heyətində Rövlan Muradov, Rafael Utziq və Asif Məmmədovun zərbələri yaddaqalan olub. Bu hücumlar bəhrəsiz qalmayıb. İsnik Alimi fərqi yenidən iki topa çatdırıb. İkinci xəbərdarlığa görə qırmızı vərəqə alan Stefan Vukçeviçin komandamızı azlıqda qoymasından sonra üstünlük paytaxt təmsilçisinin tərəfinə keçib. Lakin “qırmızı-qaralar” inamla müdafiə olunaraq sürətli əks-hücumlar qurmağa çalışıb. Hesab yalnız son saniyələrdə dəyişib. Paytaxt təmsilçisi 90+7-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb. Beləliklə, “Qəbələ” II dövrəyə 3:2 hesablı səfər qələbəsi ilə başlayıb.
“Keşlə”
1. Stanislav Namaşko
3. Tərlan Quliyev
19. Azər Salahlı
2. İlkin Qırtımov (k)
4. Şəhriyar Əliyev
5. Kərim Diniyev
(29. Amil Yunanov, 66)
11. Sadio Tounkara
9. Anatole Abanq
77. Merab Qiqauri
72. Aldair Neto
(17. Omar Qudiabi, 83)
14. Turan Vəlizadə
Ehtiyat oyunçular:
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
8. Tural Axundov
23. Nicat Qurbanov
99. Rafael Məhərrəmli
25. Con Kamara
50. Samir Abdullayev
95. Rəhman Daşdəmirov
Baş məşqçi: Sənan Qurbanov
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
(10. Omar Hani, 63)
11. Asif Məmmədov (k)
(77. Emil Səfərov, 80)
28. Murad Musayev
14. Ülvi İsgəndərov
(9. Fernan Lopes, 70)
27. Məqsəd İsayev
34. Urfan Abbasov
8. Stefan Vukçeviç
23. Rafael Utziq
5. İsnik Alimi
4. Ruan Renato
Ehtiyat oyunçular:
1. Kristof Atanqana
36. Elməddin Sultanov
6. Kamal Mirzəyev
88. Gülağa Əsədov
Baş məşqçi: Elmar Baxşıyev