“Səbail” – “Qəbələ” – 0:2
7 noyabr 2021. Saat 15:00. “ASCO Arena”, 150 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Rahil Ramazanov
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sarı vərəqələr: Vidadi Cəfərov, 20 (qeyri-idman hərəkəti); Məhəmməd Mirzəbəyov, 30 (qeyri-idman hərəkəti); Yurqen Qoxa, 56 (qeyri-idman hərəkəti), (hakimin qərarına etiraz) // Ülvi İsgəndərov, 46 (qeyri-idman hərəkəti); Fernan Lopes, 80 (qeyri-idman hərəkəti); Emil Səfərov, 85 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Yurqen Qoxa, 56
Qollar: Emil Səfərov, 88; Məqsəd İsayev, 90+5
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.
Azərbaycan Premyer Liqasında X turun ikinci oyun gününə start verilib. “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ərəfəsində baş tutan “Zəfər turu”nda “Səbail”lə qarşılaşıb. “Qırmızı-qaralar” matça ötən turla müqayisədə üç dəyişikliklə başlayıb. Ülvi İsgəndərov, Məqsəd İsayev və Stefan Vukçeviç start “11-liy”ində yer alıb. Onlar Rafael Utziq, Fernan Lopes və Hüseyn Mürsəlovu əvəzləyiblər.
Görüşə meydan sahibləri daha fəal başlayıblar. Lakin rəqibin təşəbbüsü tamamilə ələ almasına imkan verməyən “Qəbələ” də təhlükəli hücumlar təşkil edib. Belə həmlələrin biri Asif Məmmədovun yaddaqalan zərbəsi ilə başa çatıb. İlk yarının ortalarında üstünlüyə yiyələnən “qırmızı-qaralar” rəqib qapısı önündə daha çox gərginlik yaratsa da, hesab açılmayıb. Birinci hissə Urfan Abbasovun zədələndiyi üçün əvəzlənməsi ilə diqqət çəkib. Onu gənc Hüseyn Mürsəlov əvəz edib.
Fasilədən sonra Elmar Baxşıyevin yetirmələri fəallığı daha da artırıblar. Hissənin əvvəlində Rövlan Muradovun bir neçə zərbəsi təhlükəli alınıb. “Səbail”in futbolçusu Yurgen Qoxanın qırmızı vərəqə almasından sonra “Qəbələ” üstünlüyünü daha da artırıb. Ardıcıl hücumların biri Ülvi İsgəndərovun qüvvətli, amma qeyri-dəqiq zərbəsi ilə başa çatıb. Qələbə qolunu vurmaq üçün böyük qüvvə ilə irəli atılan “qırmızı-qaralar”ın heyətində Ruan Renato, İsnik Alimi və Stefan Vukçeviç də qapını dəqiq nişan almağa cəhd edib. Meydan sahibləri sürətli əks-hücumlar qursa da, komandamız rəqib həmlələrinin qarşısını uğurla alıb. Görüşün sonunadək hücumlarını davam etdirən “qırmızı-qaralar” rəqibin müqavimətini hakimin final fitinə 2 dəqiqə qalmış qıra bilib. Meydana sonradan daxil olan Emil Səfərov yaxın məsafədən qarşısıalınmaz zərbə endirib. Uzatma dəqiqələrində Məqsəd İsayev fərqi iki topa çatdırıb. Hər iki futbolçu “qırmızı-qaralar”ın heyətində ilk qola imza atıb.
Beləliklə, “Qəbələ” paytaxt səfərindən 2:0 hesablı qələbə ilə ayrılıb. Komandamızın bunun sayəsində xal hesabını 18-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib.
“Səbail”
25. Elxan Əhmədov
17. Elçin Rəhimli
14. Rahid Əmirquliyev (k)
(8. Elşən Abdullayev, 90+1)
3. Turan Manafov
5. Adil Nağıyev
7. Mirsayib Abbasov
21. Məhəmməd Mirzəbəyov
(11. Rauf Əliyev, 61)
33. Domantas Şimkus
34. Yurqen Qoxa
30. Camal Araqo
99. Vidadi Cəfərov
(2. Elton Əlibəyli, 61)
Ehtiyat oyunçular:
31. Nail Alışov
22. Əfran İsmayılov
10. Cavid Tağıyev
20. Orxan Fərəcov
24. Elvin Sərkarov
72. Aydın Ağazadə
38. Zeynəddin Abdurahmanov
Məşqçi: Vüqar Məmməd
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
(9. Fernan Lopes, 71)
11. Asif Məmmədov (k)
28. Murad Musayev
14. Ülvi İsgəndərov
(77. Emil Səfərov, 80)
27. Məqsəd İsayev
34. Urfan Abbasov
(33. Hüseyn Mürsəlov, 37)
8. Stefan Vukçeviç
5. İsnik Alimi
4. Ruan Renato
10. Omar Hani
Ehtiyat oyunçular:
36. Elməddin Sultanov
6. Kamal Mirzəyev
Baş məşqçi: Elmar Baxşıyev