“Zirə” – “Qəbələ” – 1:2
5 dekabr 2021. Saat 18:15. Zirə İdman Kompleksinin stadionu, 400 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Kamran Bayramov
Dördüncü hakim: Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sarı vərəqələr: Rüstəm Nuruyev, 15 (qeyri-idman hərəkəti); Cəlal Hüseynov, 29 (qeyri-idman hərəkəti); Davit Volkov, 42 (hakimin qərarına etiraz); Mehdi Cənnətov, 90+2 (hakimin qərarına etiraz) // Rövlan Muradov, 37 (qeyri-idman hərəkəti); Omar Hani, 62, 87 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 74 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rəşad Sadıqov, 71 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Omar Hani, 87
Qollar: Davit Volkov, 45+4 // Urfan Abbasov, 32; Rövlan Muradov, 40
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 2 dəq.
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub. Turun son görüşü Zirə İdman Kompleksinin stadionunda baş tutub. “Qəbələ” səfərdə “Zirə” ilə qarşılaşıb. “Qırmızı-qaralar” meydana ötən turdakı start “11-liy”i ilə çıxıb.
Qarşılıqlı hücumlarla başlayan matçın ilk dəqiqələrində hər iki qapı önündə təhlükəli vəziyyətlər yaranıb. Rafael Utziqin iki zərbəsi yaddaqalan olsa da, dəqiq alınmayıb. Təşəbbüsü ələ alan “Qəbələ” daha çox hücum təşkil edib. Hissənin sonları məhsuldar alınıb. İsnik Alimidən ötürmə alan Urfan Abbasov sol cinahdan qapının uzaq küncünü nişan alıb. Az keçməmiş komandamız fərqi artırıb. Rövlan Muradov cərimə zərbəsindən topu tirin altına göndərib – 2:0. Meydan sahibləri ilk yarıya artırılan dəqiqələrdə fərqi azalda biliblər.
İkinci hissənin əvvəlində də “qırmızı-qaralar” daha çox hücum qurub. Rafael Utziq və Ülvi İsgəndərovun yaddaqalan zərbələri hesabı dəyişmək üçün yetərli olmayıb. Tədricən üstünlüyə yiyələnən meydan sahibləri hesabda tarazlıq yaratmaq üçün böyük qüvvə irəli atılıblar. Bu, komandamıza kəskin əks-hücumlar imkanı yaratsa da, fərqi artırmaq mümkün olmayıb. Rəqibin əldə etdiyi qol epizodlarında isə müdafiəçilər və qapıçı inamlı oynayıb. Nicat Mehbalıyev iki dəfə hesabın bərabərləşməsinə imkan verməyib. Hakimin final fitindən az əvvəl qırmızı vərəqə alan Omar Hani “qırmızı-qaralar”ı azlıqda qoyub. Buna baxmayaraq, hesabı qoruyan “Qəbələ” səfərdən 2:1 hesablı qələbə ilə ayrılıb.
“Zirə”
1. Mehdi Cənnətov
10. Ağabala Ramazanov (k)
2. Sertan Taşkın
(19. Təmkin Xəlilzadə, 51)
32. Qismət Alıyev
91. Coşqun Diniyev
18. Davit Volkov
44. Dmitrios Çantakias
26. Nemanya Andelkoviç
(4. Cəlal Hüseynov, 28)
47. Mohamed Hamdaui
9. Loris Broqno
51. Rüstəm Nuruyev
(8. İlkin Muradov, 36)
Ehtiyat oyunçular:
41. Anar Nəzirov
22. Rəşad Əzizli
15. Ruslan Abışov
11. Velves Santos
5. Rauf Hüseynli
13. Ramin Əhmədov
61. Nizami Səmədov
25. Vüsal Əliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
(14. Ülvi İsgəndərov, 46)
11. Asif Məmmədov (k)
28. Murad Musayev
27. Məqsəd İsayev
34. Urfan Abbasov
23. Rafael Utziq
5. İsnik Alimi
4. Ruan Renato
10. Omar Hani
9. Fernan Lopes
(7. Ehtiram Şahverdiyev, 68)
Ehtiyat oyunçular:
1. Kristof Atanqana
36. Elməddin Sultanov
6. Kamal Mirzəyev
77. Emil Səfərov
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev