“Sumqayıt” – “Qəbələ” – 0:1
İsnik Alimi, 26 (pen.)
AK 1/4 final, ilk oyun
2 fevral 2021. Saat 19:15. “Kapital Bank Arena”, 600 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Nahid Əliyev
Dördüncü hakim: Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Sarı vərəqə: Vüqar Mustafayev, 8 (qeyri-idman hərəkəti), Murad Xaçayev, 50 (qeyri-idman hərəkəti), Elşən Abdullayev, 65 (qeyri-idman hərəkəti),Yusif Nəbiyev, 85 (hakimin qərarına etiraz) // İsnik Alimi, 77 (qeyri-idman hərəkəti), Stefan Vukçeviç, 86 (qeyri-idman hərəkəti), Ehtiram Şahverdiyev, 90+1 ( oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Aleksey Baqa, 85 (texniki zona qaydalarını pozduğuna görə)
Qol: İsnik Alimi (p), 26
Artırılan vaxt: I hissədə - dəq; II hissədə 4 dəq.
“Qəbələ” mövsümün ikinci yarısında ilk rəsmi matçını keçirib. “Qırmızı-qaralar” Azərbaycan kubokunun 1/4 final mərhələsində ilk oyununa çıxıb. Elmar Baxşıyevin yetirmələri səfərdə “Sumqayıt”la görüşüb.
Qarşılaşma qonaqların üstünlüyü ilə keçib. Çoxsaylı qol imkanları yaradan “Qəbələ” hesabı ilk yarının ortalarında açıb. İsnik Alimi 11 metrlik cərimə zərbəsindən fərqlənib. Bu, şimali makedoniyalı yarımmüdafiəçinin Azərbaycan kubokunda ilk qolu olub. Komandamız fasiləyədək hesabı artırmaq imkanları da əldə edib. Lakin Rafael Utziq və Omar Hani əlverişli epizodlardan yararlana bilməyib.
İkinci hissədə meydan sahibləri həm oyunda, həm də hesabda tarazlıq yaratmağa çalışıblar. Lakin “Qəbələ”nin hücumları daha təhlükəli alınıb. Rövlan Muradovla Rafael Utziq fərqlənmək imkanlarından yararlana bilməyib. “Sumqayıt”ın bərabərlik qolu vurmasına isə müdafiə xətti və qapıçının inamlı çıxışı imkan verməyib. Qarşılaşmanın sonlarında sumqayıtlılar təzyiqi artırmağa müvəffəq olsalar da, komandamız üstünlüyünü qoruya bilib.
Beləliklə, “qırmızı-qaralar” 2022-ci ilə kubokdakı səfər qələbəsi ilə başlayıb.
Xatırladaq ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Sumqayıt” görüşü fevralın 13-də baş tutacaq.
“Sumqayıt”
13. Aydın Bayramov
17. Murad Xaçayev
(8. Səbuhi Abdullazadə, 59)
6. Vüqar Mustafayev (k)
10. Rəhim Sadıxov
7. Tellur Mütəllimov
2. Dmitro Nağıyev
4. Höccət Haqverdi
24. Elşən Abdullayev
(74. Yusif Nəbiyev, 75)
5. Camaləddin Xocaniyazov
19. Xəzər Mahmudov
(9. Əli Qurbani, 63)
11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular:
1. Tərlan Əhmədli
25. İlnur Valiev
30. Nəbi Məmmədov
60. Elvin Məmmədov
33. Eltun Turabov
15. Vüqar Bəybalayev
37. Nicat Əliyev
21. Sənan Ağayev
Baş məşqçi: Aleksey Baqa
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
11. Asif Məmmədov (k)
(77. Emil Səfərov, 88)
7. Ehtiram Şahverdiyev
27. Məqsəd İsayev
8. Stefan Vukçeviç
23. Rafael Utziq
5. İsnik Alimi
4. Ruan Renato
10. Omar Hani
(24. Patrik Robson, 88)
9. Fernan Lopes
(14. Ülvi İsgəndərov, 70)
Ehtiyat oyunçular:
1. Kristof Atanqana
36. Elməddin Sultanov
28. Murad Musayev
6. Kamal Mirzəyev
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev