“Turan Tovuz” – “Qəbələ” – 0:2
«Qəbələ»dən səfər qələbəsi
8 avqust 2022. Saat 17:00. Tovuz şəhər stadionu, 5500 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Rahil Ramazanov
Dördüncü hakim: Vüqar Həsənli
VAR hakimi: Nicat İsmayıllı
VAR hakiminin köməkçisi: Cəmil Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Eltun Turabov, 57 (qeyri-idman hərəkəti) //Murad Musayev, 51 (qeyri-idman hərəkəti); Feras Abu Akal, 90+7 (hakimin qərarına etiraz); Rauf Rüstəmli, 90+10 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Piruzi Marakvelidze, 32 (ciddi qayda pozuntusu)
Qollar: İsnik Alimi, 58 (p.); Rafael Utziq, 63
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 7 dəq.
“Qəbələ” Misli Premyer Liqasının 2022-2023-cü illər mövsümünə start verib. “Qırmızı-qaralar” I turun son oyun günündə meydana çıxıb. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri “Turan Tovuz”la qarşılaşıb.
42 yaşlı mütəxəssis Tovuzdakı görüşdə UEFA Konfrans Liqasının ilk oyununda güvəndiyi “11-liy”ə şans verib. Matç qarşılıqlı hücumlarla başlasa da, tezliklə təşəbbüsə yiyələnən “Qəbələ” üstünlüyü ələ alıb. Lakin çoxsaylı hücumlara baxmayaraq, ilk yarıda hesab açılmayıb. İsnik Alimi və Feras Abu Akal, həmçinin iki dəvə Rafael Utziq qapı istiqamətində yadda qalan zərbə endirsə də, toru silkələyə bilməyiblər. İlk yarının sonlarında meydan sahibləri azlıqda qalıb.
Matçın taleyi ikinci hissədə həll olunub. Əllə oyuna görə təyin olunan penaltini İsnik Alimi dəqiq yerinə yetirib. Bu qoldan 5 dəqiqə sonra Felipe Santosun ötürməsini ad gününü qeyd edən Rafael Utziq tamamlayıb – 2:0. Buraxılan ikinci qoldan sonra tovuzlular fəallığı artırsa da, “qırmızı-qaralar”ın müdafiə xətti rəqibin hücumlarının qarşısını inamla alıb. Bir neçə epizodda isə Səlahət Ağayev ustalığını göstərib. “Qəbələ”nin həmlələri daha təhlükəli alınıb. Amma fərqi artırmaq üçün bir neçə real imkan əldə edən futbolçularımız son nöqtəni qoymaqda çətinlik çəkiblər. Beləliklə, “qırmızı-qaralar” Premyer Liqada yeni mövsümə səfər qələbəsi ilə başlayıb.
“Turan Tovuz”
1. Tərlan Əhmədli
3. Tərlan Quliyev
4. Şəhriyar Əliyev (k)
7. Ehtiram Şahverdiyev
33. Eltun Turabov
10. Xəyal Nəcəfov
(77. Cavid Tağıyev, 78)
11. Ayxan Quseynov
(22. Famil Camalov, 68)
8. Şakir Seyidov
(60. Səbayıl Bağırov, 78)
6. Turan Vəlizadə
(5. Ben Aziz Dao, 68)
30. Piruzi Marakvelidze
9. İmeda Aşortiya
(21. Abbas Ağazadə, 46)
Ehtiyat oyunçular:
85. Kamal Bayramov
14. Akif Tağıyev
39. Sadiq Quliyev
15. Vüsal Məsimov
97. Sadiq Şəfiyev
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ”
1. Səlahət Ağayev
11. Asif Məmmədov (k)
(10. Omar Hani, 72)
2. İlkin Qırtımov
27. Məqsəd İsayev
28. Murad Musayev
7. Rövlan Muradov
(14. Ülvi İsgəndərov, 72)
4. Ruan Renato
5. İsnik Alimi
23. Rafael Utziq
(91. Ramon Maçado, 84)
97. Felipe Santos
(77. Emil Səfərov, 84)
6. Feras Abu Akal
(20. Rauf Rüstəmli, 90+7)
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev