“Səbail” – “Qəbələ” – 1:2
30 sentyabr 2022. Saat 19:00. “ASCO Arena”, 800 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Kamran Bayramov
Dördüncü hakim: Cavid Cəlilov
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Sarı vərəqələr: Qustavo de Fransa, 33, 44 (qeyri-idman hərəkəti); Nihad Qurbanlı, 53 (qeyri-idman hərəkəti); Maksim Çex, 90 (qeyri-idman hərəkəti) // İsnik Alimi, 23 (oyun qaydalarının sistematik şəkildə pozulması); Emil Səfərov, 90 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Qustavo de Fransa, 44
Qollar: Ağabala Ramazanov, 61 (p.) //İsnik Alimi, 54 (p.); Ülvi İsgəndərov, 90
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
Bu gün Misli Premyer Liqasında VIII tura start verilib. Milli komandaların oyunları ilə fasilədən sonrakı ilk matç “ASCO Arena”da baş tutub. “Qəbələ” səfərdə “Səbail”lə qarşılaşıb.
“Qırmızı-qaralar” görüşə ötən turla müqayisədə bir dəyişikliklə başlayıb. Baş məşqçi Elmar Baxşıyev Feras Abu Akala ilk dəqiqələrdən şans verib. O, “11-lik”də Omar Hanini əvəzləyib.
Oyunun ilk 45 dəqiqəsi qarşılıqlı hücumlarla keçib. “Qırmızı-qaralar” rəqib qapısına həmlələr təşkil etsə də, real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Rafael Utziqlə Ramon Maçadonun zərbələri yaddaqalan, lakin qeyri-dəqiq olub. Meydan sahiblərinin hücumlarının qarşısını isə etibarlı müdafiə xətti alıb. Fasilə ərəfəsində qırmızı vərəqə alan bakılılar azlıqda qalıb.
İkinci hissədə üstünlüyü ələ keçirən “Qəbələ” daha çox hücum qurub. Öncə Raael Utziq əlverişli mövqedən çərçivəyə düşə bilməyib. Hesabı İsnik Alimi açıb. Şimali makedoniyalı rəqib qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. Bu qoldan sonra da bir neçə yaddaqalan hücum təşkil edən “qırmızı-qaralar” fərqi artıra bilməyib. Meydan sahiblərinin həmlələrindən biri isə penalti ilə nəticələnib. Paytaxt təmsilçisi 11 metrlik nöqtədən hesaba tarazlıq gətirib. Buraxılan qoldan sonra böyük qüvvə ilə hücuma keçən “Qəbələ” ardıcıl təhlükəli vəziyyətlər yaradıb. Felipe Santos, Rafael Utziq, Omar Hani, Asif Məmmədovun qapı istiqamətində zərbələri dəqiq alınmayıb. Komandamız yalnız son dəqiqələrdə istəyinə çatıb. Oyuna sonradan daxil olan Ülvi İsgəndərov qələbə qoluna imza atıb – 2:1. Beləliklə, “qırmızı-qaralar” ardıcıl ikinci, mövsümdə 5-ci dəfə meydandan üç xalla ayrılıb.
“Səbail”
12. Hüseynəli Quliyev
14. Rahid Əmirquliyev (k)
(4. Maksim Çex, 59)
10. Ağabala Ramazanov
6. Cabir Əmirli
7. Ruslan Hacıyev
(9. Mirabdulla Abbasov, 68)
8. Elmir Tağıyev
55. Nihad Qurbanlı
22. Samir Abdullayev
(3. Turan Manafov, 46)
11. Qoba Zakpa
5. Petro Stasyuk
23. Qustavo de Fransa
Ehtiyat oyunçular:
1. Emil Balayev
25. Sadiq Məmmədzadə
15. Vüqar Həsənov
39. Tural Bayramlı
17. Rafael Məhərrəmli
30. Franko Mazurek
Baş məşqçi: Mahmud Qurbanov
“Qəbələ”
1. Səlahət Ağayev
11. Asif Məmmədov (k)
(8. Andrey Strijak, 90+3
2. İlkin Qırtımov
27. Məqsəd İsayev
28. Murad Musayev
91. Ramon Maçado
(14. Ülvi İsgəndərov, 69)
4. Ruan Renato
5. İsnik Alimi
23. Rafael Utziq
97. Felipe Santos
6. Feras Abu Akal
(10. Omar Hani, 64)
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
33. Hüseyn Mürsəlov
77. Emil Səfərov
88. Gülağa Əsədov
18. Mehrac Baxşalı
Baş məşqçi: Elmar Baxşıyev