“Neftçi” – “Qəbələ” – 1:2
(Ramon Maçado 37, Omar Hani 64)
“Qəbələ” yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” milli komandaların qarşılaşmaları ilə əlaqədar fasilə dövründə “Neftçi” ilə üz-üzə gəlib. Görüş Bakıxanov qəsəbəsindəki “Türk Hava Yolları” Futbol Mərkəzində baş tutub.
Baş məşqçi Elmar Baxşıyev aşağıdakı start “11-liy”inə şans verib: Elməddin Sultanov, Ruan Renato, Məqsəd İsayev, Feras Abu Akal, İsnik Alimi, Asif Məmmədov, Ramon Maçado, Rövlan Muradov, İlkin Qırtımov, Ülvi İsgəndərov, Omar Hani.
Qarşılıqlı hücumlarla keçən matçda hesab ilk 45 dəqiqədə açılıb. Ramon Maçado paytaxt təmsilçisinin qapısına yol tapıb. Birinci hissədən sonra hər iki komandanın heyətində dəyişikliklər olub. Tərəflər ikinci yarıda hesabı dəyişmək üçün hücumlar təşkil edib. Komandalar hərəyə bir dəfə fərqlənməyi bacarıb. “Qırmızı-qaralar”ın heyətində Omar Hani rəqib qapısına yol tapıb. Beləliklə, yoxlama oyunu “Qəbələ”nin 2:1 hesablı səfər qələbəsi ilə başa çatıb.