«Qəbələ»dən səfər qələbəsi
Xəbərlər / 14 Aprel 2023 | 22:041300
«Qəbələ»dən səfər qələbəsi

“Neftçi” – “Qəbələ” – 1:2

14 aprel 2023. Saat 20:00. “Bakcell Arena”, 2200 tamaşaçı

Baş hakim: Kamranbəy Rəhimov

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Şirmamed Mamedov

Dördüncü hakim: Rəşad Əhmədov

VAR: Rauf Allahverdiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Sarı vərəqələr: Fərid Yusifli, 28 (qeyri-idman hərəkəti); Solomon Kverkveliya, 59 (hakimin qərarına etiraz) // Rövlan Muradov, 18 (qeyri-idman hərəkəti); Ruan Renato, 59 (hakimin qərarına etiraz); İsnik Alimi, 68 (qeyri-idman hərəkəti); Səlahət Ağayev, 69 (oyunun bərpasının ləngidilməsi)

Qollar: Emin Mahmudov, 61 (p.) // Ramon Maçado, 13; İsnik Alimi, 24 (p.)

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.

 

Misli Premyer Liqasında XXX tura start verilib. İlk oyun gününün son qarşılaşması “Bakcell Arena”da keçirilib.

“Qəbələ” “Neftçi”nin qonağı olub. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində dəyişiklik etməyib.

Matç qarşılıqlı hücumlarla başlayıb. Oyundakı ilk təhlükəli epizod qolla nəticələnib. Qapıçının səhvindən yararlanan Ramon Maçado hesabı açıb. Çox keçmədən fərq 2 topa çatıb. 23-cü dəqiqədə Məqsəd İsayev “qırmızı-qaralar”a penalti qazandırıb. İsnik Alimi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 2:0. Bundan sonra irəli atılan meydan sahibləri ardıcıl hücumlar təşkil edib. Lakin müdafiəçilərimiz sayıq davranıb.

İkinci hissə də eyni ssenari ilə keçib. İlk real qol vəziyyətini “Qəbələ” futbolçuları yaradıb. Ramon Maçadonun qüvvətli zərbəsi qapı dirəyinə tuş gəlib. 59-cu dəqiqədə Feras Abu Akalın Emin Mahmudova qar.ə kobudluğunu hakim penalti olaraq qiymətləndirib. “Neftçi”nin kapitanı burada dəqiq olub – 1:2. Qoldan sonra fəallığını artıran bakılıların fərqlənməsinə müdafiəçilər, bir neçə epizodda isə Səlahət Ağayev imkan verməyib. Matçın sonunda futbolçularımız fərqi artırmağa yaxın olub. Rafael Utziqin zərbəsini qapıçı dəf edib. Tərəflərin səylərin baxmayaraq oyunda hesab dəyişməyib. “Qırmızı-qaralar” 2:1 hesablı qələbə ilə 3 xal qazanıb.

Beləliklə, xallarının sayını 42-yə çatdıran “Qəbələ” 4-cü pillədəki yerini qoruyub.

 

 

“Neftçi”

1. İvan Brkiç

8. Emin Mahmudov (k)

26. Ömər Buludov

(3. Höccət Haqverdi, 46)

21. İsmayıl Zülfüqarlı

(19. Azər Salahlı, 46)

27. Fərid Yusifli

(14. Eddi İsrafilov, 46)

6. Voyislav Stankoviç

10. Sezar Meza Kolli

(77. Yeqor Boqomolski, 85)

4. Solomon Kverkveliya

(17. Rəhman Hacıyev, 85)

5. Kenni Sayef

22. Kilan Lebon

9. Mateus Saldanya

 

Ehtiyat oyunçular:

 

30. Aqil Məmmədov

93. Rza Cəfərov

2. Mert Çelik

20. Vüsal Əsgərov

37. Elton Əlibəyli

41. Samir Həsənov

 

Baş məşqçi: Laurentsiu Regekampf

 

“Qəbələ”

1. Səlahət Ağayev

2. İlkin Qırtımov

27. Məqsəd İsayev

14. Ülvi İsgəndərov

(34. Urfan Abbasov, 72)

7. Rövlan Muradov

(77. Emil Səfərov, 84)

91. Ramon Maçado

(23. Rafael Utziq, 72)

4. Ruan Renato (k)

5. İsnik Alimi

97. Felipe Santos

(28. Murad Musayev, 84)

6. Feras Abu Akal

9. Əyyub Allaş

(11. Asif Məmmədov, 61)

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

33. Hüseyn Mürsəlov

16. Nicat Əliyev

17. Yaovi Akakpo

10. Omar Hani

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev