“Qəbələ”dən səfər qələbəsi
Xəbərlər / 4 Oktyabr 2024 | 17:032287
“Qəbələ”dən səfər qələbəsi

“Baku Sportinq” - “Qəbələ” – 0:2

4 oktyabr 2024. Saat 15:00. Baku Sporting Arena. 150 tamaşaçı

Baş hakim: Kamran Əliyev

Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov

Dördüncü hakim: Səbuhi Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Sarı vərəqə: yoxdur

Rəsmi şəxsə göstərilən sarı vərəqə: George Çikradze (“Qəbələ”), 14 (hakimin

qərarına etiraz)

Qırmızı vərəqələr: Əli Əliyev, 60 (ciddi qayda pozuntusu); Elvin Dəmirov, 68 (rəqibi aşkar

qol vurmaqdan məhrum etdiyi üçün)

Qollar: Vüqar Həsənov, 25; Abdullahi Şuaybu, 80

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.

  

“Qəbələ” növbəti oyununu keçirib. “Qırmızı-qaralar” I Liqada IV turun görüşünə çıxıb. Komandamız turun son günündə “Baku Sportinq”in qonağı olub.

 

Kaxaber Tsxadadzenin yetirmələri matçın ilk dəqiqələrindən üstünlüyü ələ alıblar. Ardıcıl hücumlar quran komanda istəyinə ilk hissənin ortalarında çatıb. Künc zərbəsindən sonra Vüqar Həsənov qol sevinci yaşayıb.

 

Hesab açıldıqdan sonra da “qırmızı-qaralar” hücumlarına ara verməyib. Çoxsaylı təhlükəli epizodlar yaradan “Qəbələ” matçın sonlarında daha bir dəfə fərqlənib. Abdullahi Şuaybu meydan sahiblərinin qapısına yol tapıb.

 

Beləliklə, 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ardıcıl 3-cü qələbəsini əldə edib. Cari mövsümdə qol buraxmayan komandanın quru seriyası 4 oyuna çatıb.

 

Qeyd edək ki, “Qəbələ” V turda “Difai” ilə qarşılaşacaq. Turun görüşləri oktyabrın 17-19-da keçiriləcək.

 

“Baku Sportinq”

1. Cəfər Əlizadə

88. Əli Əliyev

33. Luka Stevanoviç

37. Ruslan Süleymanov

70. Asim Əliazdə (k)

22. Elcan Hafizli

17. Orxan Fərəcov

(66. Elvin Dəmirov, 55)

9. Uroş Yemoviç

(10. Şahin Balejai, 55)

11. Elvin Valiiev

(7. Rəhman Quliyev, 84)

12. Hüseyn Mürsəlov

4. Rəşad Həsənov

Ehtiyat oyunçular:

77. Şahin Zəkiyev

8. Nazim Bağırov

53. Xaqan Məmmədov

3. Fərid Tağıyev

2. Ramil Rüstəmov

15. Azad Rəcəbov

Baş məşqçi: Elman Sultanov

 

“Qəbələ”

1. Səlahət Ağayev (k)

32. Elvin Yunuszadə

8. Urfan İsmayılov

(6. Emil Süleymanov, 85)

4. Vüqar Həsənov

97. Elşad Tağıyev

(7. Loren Mendi, 73)

13. Nicat Əliyev

19. Abdullahi Şuaybu

(22. Fərid İsgəndərov, 85)

74. Süleyman Damadayev

14. Domi Massumo

(20. Oçe Oçoveçi, 73)

10. Şahin Şahniyarov

27. Eşqin Əhmədov

(66. Nuğay Rəşidov, 87)

Ehtiyat oyunçular:

12. Müşfiq Nadirov

94. Həbibb Hüşənov

11. Asif Məmmədov

26. Elnur Mustafayev

 

Baş məşqçi: Kaxaber Tsxadadze