“Qəbələ”dən səfər qələbəsi
Xəbərlər / 5 Aprel 2026 | 17:287932
“Qəbələ”dən səfər qələbəsi

“Kəpəz” – “Qəbələ” – 0:2

5 aprel 2026. Saat 15:30. Yevlax şəhər stadionu, 500 tamaşaçı

Baş hakim: Vüqar Həsənli

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Zöhrab Abbasov

Dördüncü hakim: Kamran Əliyev

VAR: Elvin Bayramov

AVAR: İnqilab Məmmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Sarı vərəqələr: Mahamadu Ba, 52 (qeyri-idman hərəkəti); Dioqo Verdaska, 90+1 (hakimin

qərarına etiraz) // İsmael Akinade, 47 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kaxaber Tsxadadze, 90+3 (hakimin qərarına etiraz)

Qollar: İsmael Akinade, 74; Domi Massumo, 90

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

 

Misli Premyer Liqasında XXVI tura start verilib.

 

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk matçına çıxıb. “Qırmızı-qaralar” səfərdə “Kəpəz”lə görüşüb.

 

Qarşılaşma Yevlax şəhər stadionunda baş tutub. Komandamız matça daha fəal başlasa da, oyun əsasən qarşılıqlı hücumlarla keçib. Hər iki komanda təhlükəli epizodlar yaratsa da,  qarşılaşmanın taleyi matçın sonlarında həll olunub.

 

Öncə İsmael Akinade topla cərimə meydanına daxil olduqdan sonra qarşısıalınmaz zərbə endirib – 1:0. Bu, hücumçunun “Qəbələ”də 4-cü qolu olub.

 

Son dəqiqələrdə isə Domi Massoumou rəqib qapısına yol tapıb – 2:0. Beləliklə, “qırmızı-qaralar” Yevlax səfərində 3 xal qazanıb.

 

Qeyd edək ki, “Qəbələ” XXVII turda “İmişli”ni qəbul edəcək. Aprelin 12-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:30-da başlayacaq.

 

“Kəpəz”

33. Yusif İmanov

7. Ehtiram Şahverdiyev

(6. Camal Cəfərov, 60)

77. Fərid Nəbiyev

(21. Sadiq Şəfiyev, 80)

5. Rauf Hüseynli

11. Rəhman Hacıyev

(17. Ümid Səmədov, 80)

9. Luis Paçu

29. Dioqo Verdaska (k)

24. Olavale Onanuqa

12. Mahamadu Ba

(88. Şakir Seyidov, 60)

14. Adama Fofana

4. Mate Abuladze

Ehtiyat oyunçular:

22. Məmməd Hüseynov

81. Elgün Bayramov

99. Əli Səmədov

20. Elcan Əbilov

23. Fərid Kələntərov

66. Arzu Atakişiyev

97. Elxan Məmmədov

80. Şahnur İsmayılov

Baş məşqçi: Azər Bağırov

“Qəbələ”

1. Səlahət Ağayev

28. Murad Musayev (k)

66. Nuğay Rəşidov

(13. Nicat Əliyev, 54)

27. Eşqin Əhmədov

24. İsmael Akinade

(12. İbrahim Sanqare, 86)

33. Seydina Keyta

50. Adriel Ba Loua

(3. Eduardo Kunde, 83)

8. Sambu Sissoko

16. İsaak Amoah

14. Domi Massumo

30. Prins Ovusu

Ehtiyat oyunçular:

93. Rza Cəfərov

94. Həbib Hüşənov

11. Asif Məmmədov

22. Fərid İsgəndərov

74. Süleyman Damadayev

10. Şahin Şahniyarov

21. Ziya Şəkərxanov

Baş məşqçi: Kaxaber Tsxadadze