“Sabah” – “Qəbələ” – 0:1
9 fevral 2019. Saat 16:00. “Əlincə Arena”, 600 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Nahid Əliyev
Dördüncü hakim: Nahid Xasıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Marko Deviç, 17 (qeyri-idman hərəkəti), 45+1 (qeyri-idman hərəkəti); Rəşad Eyubov, 29 (qeyri-idman hərəkəti); Coşqun Diniyev, 47 (qeyri-idman hərəkəti) // Amin Seydiyev, 53 (qeyri-idman hərəkəti); Elvin Camalov, 57 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Marko Deviç, 45+1
Qol: Rauf Əliyev, 31
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 6 dəq.
Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib. Turun ilk oyunu “Əlincə Arena”da baş tutub. Mövsümün ikinci yarısında ilk səfər matçına çıxan “Qəbələ” “Sabah”ın qonağı olub. “Qırmızı-qaralar”ın start heyətində ötən turun “Sumqayıt”la görüşü ilə müqayisədə bir dəyişiklik edilib. Rauf Əliyev oyuna ilk “11-lik”də başlayıbsa, Lalavele Atakora start heyətdən kənarda qalıb.
Oyuna fəal başlayan “Qəbələ” matçın əvvəlində üstünlüyə yiyələnib. Xüsusilə sol cinahda fəal olan futbolçularımız ardıcıl təhlükəli hücumlar təşkil edib. 8-ci dəqiqədə cərimə meydanı daxilindən Rauf Əliyevin qapı önünə ötürməsini qolkiper çətinliklə uzaqlaşdırıb. İlk yarının ortaları qarşılıqlı hücumlarla diqqət çəkib. Meydan sahiblərinin hücumu zamanı topu ələ keçirən “qırmızı-qaralar”ın sürətli əks-həmləsi isə hesabın açılması ilə nəticələnib. Sürətlə irəliləyib rəqib müdafiəçini də keçən Rauf Əliyev qarşılaşmada ilk qolu vurub. Bu hücumçunun mövsümdə ikinci qolu olub. Hesab açıldıqdan sonra da azarkeşlər əsasən qarşılıqlı hücumlara şahidlik edib. İlk 45 dəqiqəyə artırılan vaxtda rəqib komanda Marko Deviçin ikinci sarı vərəqə alması üzündən azlıqda qalıb.
İkinci hissədə üstünlüyə yiyələnən “Qəbələ” topa daha çox nəzarət edib. Meydan sahibləri məğlubiyyətdən qaçmağa çalışsa da, “qırmızı-qaralar” inamlı oyunu ilə diqqət çəkib. Davit Volkovinin sağ cinahdakı fəallığı rəqib qapısı önündə bir neçə təhlükəli epizodla nəticələnib. Onun ötürmələrindən biri zamanı Rauf Əliyev dubl müəllifi olmaq imkanı qazansa da, yaxın məsafədən zərbəsi alınmayıb. Matçın 80-ci dəqiqəsində sürətli hücumla rəqib qapısına irəliləyən komandamız fərqi artırmağa yaxın olub. Lakin Ceyms Adeniyinin zərbəsini qapıçı çətinliklə tuta bilib. Paytaxt təmsilçisi görüşün sonunda böyük qüvvə ilə irəli atılıb. Rəqib qapıçının da hücuma qoşulduğu uzatma dəqiqələrində “qırmızı-qaralar” kəskin əks-hücum təşkil edib. Amma Lalavele Atakoranin qapıçısız çərçivəyə göndərdiyi top müdafiəçiyə tuş gəlib. Beləliklə, “Qəbələ” mövsümün ikinci yarısının ilk səfər matçında 1:0 hesabı ilə qalib gəlib.
“Sabah”
30. Saşa Stamenkoviç
5. Kərim Diniyev
91. Coşqun Diniyev
(4. Tərzin Cahangirov, 74)
7. Rəşad Eyubov
10. Cavid İmamverdiyev (k)
13. Filip İvanoviç
25. Vanderson Silva
15. Erik Ramos
22. Miloş Bosançiç
(8. Elşən Abdullayev, 46)
(97. Emil Qasımov, 60)
9. Marko Deviç
11. Elgün Nəbiyev
Ehtiyat oyunçular:
1. Tərlan Əhmədli
21. Novruz Məmmədov
6. Vadim Abdullayev
27. Bəxtiyar Soltanov
33. Eltun Turabov
88. Elçin Əsədov
77. Şakir Seyidov
Baş məşqçi: Elşad Əhmədov
“Qəbələ”
22. Dmitri Bezotosnı
34. Urfan Abbasov
14. Cavid Hüseynov (k)
4. Elvin Camalov
(88. Sabien Lilay, 68)
10. Rauf Əliyev
3. Voislav Stankoviç
17. Ceyms Adeniyi
28. Stiven Monroz
(11. Asif Məmmədov, 88)
9. Davit Volkov
(21. Atakora Lalavele, 77)
27. Bəhlul Mustafazadə
2. Amin Seydiyev
Ehtiyat oyunçular:
1. Anar Nəzirov
5. Rasim Ramaldanov
18. İlqar Qurbanov
8. Qismət Alıyev
7. Roman Hüseynov
98. Rövlan Muradov
77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov