«Qəbələ»dən tarixi uğur - «Qırmızı-qaralar» Avroliqaya vəsiqə qazandı
Xəbərlər / 7 May 2014 | 14:43282
«Qəbələ»dən tarixi uğur - «Qırmızı-qaralar» Avroliqaya vəsiqə qazandı

"Qəbələ" - "Bakı" 3:1

7 may 2014. Saat 17:00. Qəbələ şəhər stadionu. 
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Rza Məmmədov
Dördüncü hakim: Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Müşfiq Teymurov, 27 (qeyri-idman hərəkəti) // Mario Alvarez, 39 (qeyri-idman hərəkəti); Yure Travner, 90 (qeyri-idman hərəkəti)  
Qollar: Marat İzmaylov, 15; Müşfiq Teymurov, 27: Daniyel Subotiç, 57 // Namiq Ələsgərov, 66 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Topaz Premyer Liqasının XXXIV turunda "Qəbələ" doğma meydanda "Bakı"nı qəbul etdi. Oyun "qırmızı-qaralar" üçün tarixi matç statusu daşıyırdı. Qələbə Yuri Syominin yetirmələrinə Avropa vəsiqəsi verəcəkdi.

Doğma publika önündə irəli atılan “qırmızı-qaralar” oyuna əla başladı. Varlığıyla yoxluğu bilinməyən “zolaqlılar”ı qapısına doğru sıxışdıran qəbələlilərin qapıçısı 6-cı dəqiqədə gənc Namiqin zərbəsini dəf etməklə, sanki rəqibi tilsimləmişdi. Az keçməmiş qapıçıyla üzbəüz qaldığı epizodu boşa verən Mendi diqqət mərkəzinə düşdü. Forvardın topu ucaboy Aqilin üzərindən tora göndərmək reallaşmadı.

İstənilən halda, “Qəbələ” erkən qol arzusuna çatdı. Azərbaycanda ilk qolunu vuran Marat Dodonun ötürməsini boşa vermədi. Bu, “Bakı” üçün yeningiyə aparan yolun başlanğıcı idi. İzmaylovun küncdən havalandırdığı top müdafiəçilərdən kəsib Müşfiqin önünə düşəndə isə tribunalara toplaşan tərəfdarlar əbəs yerə ayağa qalxmadı. Akademiyanın yetirməsi Teymurov mükəmməl zərbə ilə qapı torunu silkələdi – 2:0. Meydanboyu qaçıb formasını çıxaran 21 yaşlı “88 nömrə”ni başa düşmək olardı.

İkinci yarının əvvəllərində də eyni ssenariyə şahidlik etdik. Hesabı Subotiçlə darmadağın həddinə çatdıran bölgə komandası sonrakı dəqiqələrdə daha çox qapının toxunulmazlığının qeydinə qaldı. Bir qədər sonra Bakı qollardan birinin əvəzini çıxsa da oyunun taleyi artıq həll olunmuşdu. 
“Neftçi”nin paytaxtda “quru sülh”ə razılaşması isə Avroliqaya vəsiqəni inamlı qələbə ilə rəsmiləşdirən “Qəbələ”nin 3-cü yerdə möhkəmlənməsini şərtləndirdi. 

 
“Qəbələ”

1. Kamran Ağayev (k)
2. Rail Məlikov
7. Marat İzmaylov
(22. Lourival Assis, 65)
9. Viktor Mendi
10. Luis Hilario
18. İbrahima Niasse
31. Daniyel Subotiç
(19. Abdulvahid Afolabi, 82)
36. Elnur Allahverdiyev 
44. Rafael Santos
46. Davronjon Erqaşev
88. Müşfiq Teymurov
(16. Ruslan Tağızadə, 46)

Ehtiyat oyunçular:

30. Anar Nəzirov
6. Volodimir Levin
8. Nizami Hacıyev 
42. Leonardo da Silva

Baş məşqçi: Yuri Syomin

“Bakı”

1. Aqil Məmmədov (k) 
2. Deyvidas Çesnauskis
3. Yure Travner
4. Mario Alvarez
(15. Alberto Noquera, 43)
16. Xavyer Junior 
21. Elvin Məmmədov
(19. Marius Pena, 58)
22. Namiq Ələsgərov 
23. Lukas Mario Horvat
(10. Aleksandar Soliç, 74)
24. Georgios Pelagios
31. Vüqar Mustafayev
34. Şəhriyar Əliyev

Ehtiyat oyunçular:

25. Elxan Əhmədov
6. Vadim Abdullayev 
20. Tural Qürbətov
27. Elton Hüseynov

Baş məşqçi: Milinko Pantiç