“Qəbələ” – MOİK – 3:0
İsaak Amoah, Domi Massoumou, Elşad Tağıyev
“Qəbələ” yoxlama oyunu keçirib.
Misli Premyer Liqasının II turuna hazırlaşan “qırmızı-qaralar” MOİK-lə qarşılaşıb. I Liqa təmsilçisinə qarşı matç Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub.
Komandamızın üstünlüyü ilə keçən görüşdə üç qol vurulub. İsaak Amoah, Domi Massoumou və Elşad Tağıyevin qolları “Qəbələ”yə böyükhesablı qələbə qazandırıb – 3:0.
Qeyd edək ki, “qırmızı-qaralar” II turun avqustun 25-də keçiriləcək oyununda “Zirə”ni qəbul edəcək.