“Qəbələ”dən üç qələbə
Xəbərlər / 18 Fevral 2025 | 10:05540
“Qəbələ”dən üç qələbə

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.

 

“Araz-Naxçıvan”ı qəbul edən U-19 növbəti qələbəsini qazanıb – 3:1. 21 matçda 46 xal toplayan komandamız Gənclər Liqasında 2-cidir.

 

U-17 “Kəpəz”lə ev oyununda böyükhesablı qələbə əldə edib – 5:1. 25 matçda 43 xal yığan komandamız turnir cədvəlində 6-cıdır.

 

U-15 səfərdə “Vətən”i böyük hesabla məğlub edib – 6:1. 20 oyunda 36 xal toplayan “qırmızı-qaralar” 6-cı pillədə qərarlaşıb.