«Qəbələ»dən uğursuz start
Oyun icmalı / 10 Avqust 2014 | 20:08959
«Qəbələ»dən uğursuz start

 “İnter” – “Qəbələ” 4:0

10 avqust 2014. Saat 20:00. İnter Arena. 1000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Namiq Hüseynov
Dördüncü hakim: Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Yohan Bokonyano, 85 (qeyri-idman hərəkəti) // Ruslan Abışov, 82 (qeyri-idman hərəkəti)
Qollar: Aleksandr Amisulaşvili, 9; Mikel Alvaro, 15; 71; Məhəmməd Mirzəbəyov, 19
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Bu gün Topaz Premyer Liqasında yeni – 2014/15 mövsümünün ilk turuna yekun vurulub. Çempionata səfərdə başlayan “Qəbələ” “İnter”in qonağı olub.  Ötən mövsümün mükafatçılarının duelini FİFA referisi Əliyar Ağayev idarə edib. Görüşdən öncə komandaların kapitanları Asif Məmmədovla Ruslan Abışov Azərbaycan bayrağını qaldırıb və ölkəmizin himni səslənib. 

Qarşılıqlı hücumlarla başlayan görüşdə hesab erkən qolla açılıb. Matçın 9-cu dəqiqəsində sağ cinahdan yerinə yetirilən cərimə zərbəsindən sonra Aleksandr Amisulaşvili baş zərbəsi ilə hədəfə düşüb – 1:0. 

Bakılılar az keçməmiş 2-ci dəfə fərqlənib. Sağ cinahdan reallaşan hücum zamanı qapıya vurulan ilk zərbəni Nəzirov dəf etsə də, topa ilk yetişən meydan sahiblərinin üzvü Mikel Alvaro olub. Onun zərbəsi isə qarşısıalınmaz alınıb – 2:0. 19-cu dəqiqədə isə paytaxt təmsilçisi fərqi 3-ə çatdırıb. Yenə də meydan sahiblərinin sağ cinahdan təşkil etdiyi hücum qolla nəticələnib.  Məhəmməd Mirzəbəyov çərçivəni dəqiq nişan alıb – 3:0. Bundan sonra hər iki komanda rəqib qapısına hücumlar təşkil etsə də, fasiləyədək qapılar önündə qol epizodu yaranmayıb. Düzdür, fasilədən öncə “Qəbələ” fərqi azalda bilərdi. Lakin “İnter”in qapıçısı Səlahət Ağayev onunla üz-üzə qalmağa yaxın olan Andrei Kristeanı qabaqlayaraq topa daha tez yetişib.

İkinci hissədə oyunda dönüş yaratmağa çalışan Muntyanu gənc Elvin Camalovu  meydana buraxıb. Az sonra rumıniyalı mütəxəssis Yazaldeyə də rəsmi debüt şansı yaradıb. İkinci hissənin ortalarında ardıcıl 2 epizodda Baçana Sxadadze fərqlənməyə yaxın olub. Ardınca qapıçı ilə üzü-üzə qalan Mikel Alvaro “paraşüt” zərbəsi ilə dublunu rəsmiləşdirib - 4:0. 

Bununla da “İnter”ə 0:4 hesabı ilə uduzan “Qəbələ” mövsümə məğlubiyyətlə başlayıb.

“İnter”

25. Səlahət Ağayev
3. Laşa Salukvadze
5. Aleksandr Amisulaşvili
7. Abdulla Abatsiyev
(91. Coşqun Diniyev, 90+2)
8. Mikel Alvaro 
11. Asif Məmmədov (k)
(80. Nizami Hacıyev, 81)
15. Yohan Bokonyano
17. Məhəmməd Mirzəbəyov
21. Arif Daşdəmirov
28. Baçana Sxadadze
(27. Dieqo Madriqal, 78)
88. Derlis Meza Kolli

Ehtiyat oyunçular:

1. Giorgi Lomaya
6. Slavço Georgiyevski
24. Fuad Bayramov
33. Matiya Spiçiç

Baş məşqçi: Kaxaber Sxadadze 
 

“Qəbələ”

30. Anar Nəzirov
7. Ruslan Əmircanov
9. Viktor Mendi
11. Andrei Kristea
(4. Elvin Camalov, 53)
12. Aleksandr Benqa
14. Cavid Hüseynov
15. Ruslan Abışov (k)
25. Adrian Ropotan
26. Pavol Farkas
(6. Volodimir Levin, 75)
34. Ürfan Abbasov
90. Ekiqo Ehiosun
(21. Yazalde Pinto, 63)

Ehtiyat oyunçular:

1. Kamran Ağayev
5. Sadiq Quliyev
15. Ruslan Tağızadə
36. Elnur Allahverdiyev

Baş məşqçi: Dorinel Muntyanu