I Liqada V turun təyinatları açıqlanıb. Oktyabrın 16-da başlayacaq turun görüşlərinin hakimləri bəlli olub.
“Qəbələ”nin “Difai” ilə ev matçının təyinatları da müəyyənləşib. Oktyabrın 19-da keçiriləcək qarşılaşmanın baş hakimi Əkbər Əhmədov olacaq. Ona Vüqar Bayramov və Rəhman Aslanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sənan Bayramzadə yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 19-da Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 14:00-da başlayacaq.
I Liqa
V tur
19 oktyabr (şənbə)
14:00. “Qəbələ” – “Difai”
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Rəhman Aslanov, Sənan Bayramzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ şəhər stadionu