I Liqada XXI turun təyinatları açıqlanıb.
Aprelin 10-11-də baş tutacaq turun görüşlərinin hakimləri bəlli olub. “Qəbələ”nin “Difai” ilə ev matçının təyinatları da müəyyənləşib.
Turun ikinci günündə keçiriləcək qarşılaşmanın baş hakimi Rövşən Rəcəbov olacaq. Ona Nurlan Əhmədzadə və Sadiq Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Niyaz Əhmədov yerinə yetirəcək. Görüşün hakim-inspektoru Gülağa Cabarov, AFFA nümayəndəsi Mübariz Hüseynov olacaq.
Qeyd edək ki, aprelin 11-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Difai” matçı saat 17:00-da başlayacaq.