UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Dinamo” (Tbilisi, Gürcüstan) matçının hakimləri açıqlanıb. İyulun 25-də baş tutacaq görüşü Şotlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək. Qarşılaşmanın baş hakimi Nikolas Uolş olacaq. Ona Alan Malvanni və Cordan Stokoe kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
19:00. “Qəbələ” – “Dinamo” (Tbilisi, Gürcüstan)
Baş hakim: Nikolas Uolş
Baş hakimin köməkçiləri: Alan Malvanni, Cordan Stokoe
Dördüncü hakim: Qavin Dunkan (hamısı Şotlandiya)
Qəbələ şəhər stadionu