«Qəbələ» - «Fehervar» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 5 İyul 2022 | 22:44175
«Qəbələ» - «Fehervar» oyununun hakimləri müəyyənləşdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” - “Fehervar” matçının təyinatları açıqlanıb. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanın hakimləri müəyyənləşib. İyulun 28-də keçiriləcək görüşü Avstriyadan olan ədalət təmsilçiləri idarə edəcək. Matçın baş hakimi Kristofer Yaqer olacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Xatırladaq ki, komandalar arasında ilk oyun iyulun 21-də Macarıstandakı “Mol Arena”da baş tutacaq.

 

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

28 iyul

20:00. “Qəbələ” - “Fehervar” (Macarıstan)

Baş hakim: Kristofer Yaqer

Baş hakimin köməkçiləri: Robert Steynaxer, Santino Şreyner

Dördüncü hakim: Markus Hameter  (hamısı Avstriya)

Qəbələ şəhər stadionu