«Qəbələ» «Fənərbaxça» və «Milan»la qarşılaşdı
Xəbərlər / 21 Aprel 2014 | 20:57212
"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində keçirilən V Vodafone Beynəlxalq turnirində çıxışını davam etdirir. Turnirin açılış günündə 2 oyun keçirən və maksimum nəticə qazanan təmsilçimiz qrupun son matçında "Fənərbaxça" ilə qarşılaşıb. Görüş istanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Qrupda 6 xal toplayan və növbəti tura - 1/8 final mərhələsinə vəsiqə qazanan "qırmızı-qaralar" bu etapda İtaliya "Milan"ına rəqib olub. Maraqlı mübarizə şəraitində keçən "Qəbələ"-"Milan" qarşılaşması ikincilərin 1:0-lıq qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Ülfət Mədətovun yetirmələri 9-16-cı yerlər uğrunda mübarizəyə qoşulub. Təmsilçimiz bu çərçivədə sabah "Antalyaspor"la üz-üzə gələcək.